Dağlıq Qarabağdakı son döyüşlər Vanqanın 1990-cı illərin əvvəllərində
Azərbaycanla bağlı verdiyi proqnozları yenidən gündəmə gətirib. Vanqa
hələ o zaman 30 il sonra Azərbaycanın öz torpaqlarına sahib olacağı
bildirib:
"Siz çoxlu qan olan ölkədən gəlmisiz. Uşaqların ağlamağını eşidirəm, öz
gəlinliklərini yandıran qızlar görürəm. Geri çəkilin. Siz tale ilə sizə
qismət olmayacaqlar uğrunda mübarizə aparırsız. Məğlub olacaqsız. Bu
hələ başlanğıcdır. Bədbəxtlik gətirən qızıl görürəm. Bütöv xalq
zəncirdədir. Onlar heç nəyi unutmayacaq. Daha 30 il keçsin, onlar
dözəcək lakin təslim olmayacaqlar. Sonra onlara öz torpaqlarının sahibi
olmaq qismət olacaq. Və o zaman onları zəncirləyən hər şey ömürlük yoxa
çıxacaq. Xeyir qalib gələcək və insanlar xoşbəxt yaşayacaqlar".