Bakıda yeni metro stansiyası tikiləcək - Fotolar

Müəllif: Nigar
Şərhlər: 3
Baxılıb: 2 801
Səs ver:
(səs: 0)
Bakı Ağ Şəhər ərazisində metro stansiyası tikiləcək.

Prezident İlham Əliyev tərəfindən 2011-ci ildə təsdiqlənən Bakı Metropoliteninin Perspektiv İnkişaf Planına əsasən Metropolitenin mövcud Yaşıl xəttinin (“Şah İsmayıl Xətai” – “Dərnəgül” stansiyalarını birləşdirən) genişlənməsi gözlənilir.

“Qafqazinfo” xəbər veirr ki, bu barədə Azərtac-a “Bakı Ağ Şəhər” layihəsinin mətbuat xidmətindən bildirilib.

“Şah İsmayıl Xətai” stansiyasından tikilməkdə olan “Həzi Aslanov 2” stansiyasına qədər Nobel prospekti boyunca 3 yeni stansiya tikiləcək. Stansiyaların şərti adları Y-14, Y-15, Y-16-dır. Bu stansiyalardan biri “Bakı Ağ Şəhər” layihəsinin ərazisində planlaşdırılıb.

Hazırda Neft Emalı Zavodunun qarşısında Y-15 stansiyasında tunel qazma maşınları üçün start kamerası hazırlanır.

Yaşıl xəttə əlavə olunan stansiyalar bu xətti dairəvi edəcək.

Bakıda yeni metro stansiyası tikiləcək - Fotolar




(səs: 0)
Şərhlər: 3
Baxılıb: 2 801
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri