Bakı sakinlərinə ŞAD XƏBƏR

Müəllif: Nigar
Şərhlər: 4
Baxılıb: 3 209
Səs ver:
(səs: 0)
Bakıda daha bir neçə istiqamətdə "qarmoşkalı" avtobus istifadəyə verilə bilər. Bunu Trend-ə Bakı Nəqliyyat Agentliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Nuridə Allahyarova deyib.

N.Allahyarova bildirib ki, artıq 6 aydan çoxdur ki, bir ədəd bu tip avtobus 1 saylı marşrut xəttində istifadə olunur və marşrut xəttinin trayektoriyasına uyğundur.

Onun sözlərinə görə, gələcəkdə Bakıda bir neçə istiqamətdə bu cür iri tutumlu avtobuslar istifadəyə verilə bilər: "Təbii ki, dar küçələrdə, tıxac vaxtları bu avtobusların hərəkəti çətin olur, digər nəqliyyat vasitələrinin hərəkətinə mane olur. Ona görə də hələ ki, bu avtobuslardan xəttə çox buraxmağı düşünmürük. Bəzi yollarda tikinti, genişləndirmə işləri aparılır. Hazırda tərəfimizdən şəhərin hansı hissəsində bu avtobusların digər nəqliyyat vasitələrinin hərəkətinə mane olmayacağı araşdırılır. Araşdırmalardan sonra gələcəkdə bir neçə istiqamətdə iri tutumlu avtobuslar xəttə buraxıla bilər".
(səs: 0)
Şərhlər: 4
Baxılıb: 3 209
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri