İNANILMAZ Azərbaycanda Şok Olay: “Ərim qanımı şüşəyə doldurub içir, pişikləri doğrayırdı...”

Müəllif: Nigar
Şərhlər: 7
Baxılıb: 1737
Paylaş:
Səs ver:
(səs: 0)
Bakıda illərdir həyat yoldaşı tərəfindən işğəncələrə və təcavüzlərə məruz qaldığını deyən qadın övladı ilə birgə qadın sığınacağına yerləşdirilib.
Bu barədə məlumatı “Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyinin sığınacağına yerləşdirilən Sabunçu rayon sakini İradə Hüseynova (ad şərtidir- red.) bildirib.
O iddia edib ki, illər öncə tanış olaraq ailə qurduğu oğlanın ailəsi də “manyak” imiş. Belə ki, o, gəlin olduğu ailədə həyat yoldaşından tutmuş digərləri də ağılasığmaz hərəkətlərlə, işgəncə və zorlamaya məruz qaldığını iddia edib:
“Mənim 36 yaşım var və 7 yaşında bir övladımla sığınacağa gəlmişəm. Yoldaşımla təsadüfən tanış olduq və ailə qurmağı qərarlaşdırdıq. Ailə qurandan sonra ayağımı zəncirləyib işə gedirdi. Dəfələrlə məni ağaca bağlayıb və kəmərlə döyüb. Barmağımı deşib, qanını içki şüşəsinə töküb içirdi və eləcə ağlı başına gəlirdi. Hamilə vaxtımda məni döyürdü, olmazın işgəncələr verirdi. Dəflərlə vəhçicəsinə məni döyürdü ki, uşağı dünyaya gətirməyim. Gözümün qabağında pişikləri doğrayıb öldürürdü və mənə deyirdi ki, uşağı da belə öldürəcəyəm. Uşağı zorlamaq istəyirdi və ona qarşı əxlaqsız hərəkətlər edirdi.
Buna imkan verməyəndə isə məni döyürdü. Şüşəni qırıb yerə tökürdü və məcbur edirdi ki, üstündə gəzim. Gəzməyəndə isə məni doğrayacağı ilə hədələyirdi. Ailəlikcə manyak idilər. Yoldaşım məni 4 il diləndirib. Oğlumu çiynimə alıb vağzalda dilənirdim. Binə bazarında məni məcburi diləndirirdi. İki yaşlı oğluma ayaqqabı mazı ilə fırça verirdi ki, ayaqqabıları silsin. Saçımın dibindən tutub yerlərdə süründürürdü. Mənə qarşı da əxlaqsız hərəkətlər edirdi. Neçə dəfələrlə əl-ayağımı bağlayıb zorlayırdı. Konkret olaraq manyak idi. Qan içib ləzzət alırdı”.
İradə Hüseynovanın sözlərinə görə, evləndiyi oğlanın keçmiş həyatı barədə məlumatları ailə qurandan sonra bilib:
“ Yoldaşımla xalam qızının vasitəsi ilə tanış olmuşuq. Ona ev lazım idi, zəng etdik. Yoldaşım “makler” işləyirdi. Telefon danışığında çox mehriban idi. Görüşəndə də hiss etməmişəm ki, o yaşlıdır. Onunla evlənəndən sonra bilmişəm ki, sən demə yoldaşımın 50 yaşı var və məndən əvvəlki həyat yoldaşından 6 övladı olub. Özünü tanışlıq vaxtında çox mehriban göstərmişdi. Onunla rəsmi nikahımız var. Adına olduğu evdə yaşayırdıq.
Bir gün yoldaşım məni bıçaqlamaq istədi və qorxudan atamgilə qaçdım. Məni hədələyirdi ki, evdən çıxmalısan və bu ev sənə aid deyil. Demişdi ki, bu evə gəlsən başını kəsib, ayağımın altına qoyacam. Oğurluq edirdilər. Qayınatam pişikləri doğrayırdı. Mən qorxuram onlarla yaşamaqdan... Anam şəkər xəstəsi olduğundan mənə və övladıma baxa bilmirdi. Sağ olsunlar, məni sığınacağa gətirdilər. Onlardan çox razıyam”. Qadının sözlərinə görə, başına gələn müsibətlərlə bağlı 15 saylı Sabunçu rayon Polis Bölməsinə şikayət edib: “Polisə müraciət etmişəm. 4 ildir mən polis qapılarında qalmışam. Şikayətimi eşidib gülürlər. Sadəcə mənə rəsmən aid olan evdə övladımla rahat yaşamaq istəyirəm. Heç yerdə işləmirəm. Məhkəmələr işimə baxmır. Başıma gətirilənlə bağlı onun cəzalanmasını və evimi istəyirəm” . (cebhe.info)

loading...
(səs: 0)
Şərhlər: 7
Baxılıb: 1737
Geriyə
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
Offline
vipbetul
Allah amandi bu qederde vhsilikmi olar gorun ne gur insanlar vare hele bu palisler mehkeme bu yaziq niye inanmir onlarin isdir axi bu bu qederde haqsizliq edaletsizlik olarmi ya
15 oktyabr 2016 11:22
7
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
Offline
son bahar
yalniz arzu bacimin sozu olmasin mende inanmadim nece yeniye ne mecburdu bu piskopatla 4 il bir yerde yasayib zulum cekmey...vaxtinda gederdide bu qeder eziyyet niye cekirdiki
14 oktyabr 2016 23:56
6
Ey dünya nə oldu düşdün bu günə? Yaxşını boyadın pisin rənginə Əyrilər haqq çıxır inanmir düzə Gecə də növbəsin verib gündüzə ... Ümidlər kəsilib əllər üzülüb Yalanlar muncuq tek sapa düzülüb Həyat dəyişirmi yoxsa bir sınaq? Yoxsa boş ver deyək yoxsa unudaq?
Offline
Onun_Mələyi
Sitat: YalniZ-ArZu
Sizi bilmirem,men inanmadim.Bu qeder de olmaz yani.Bir qadin nece bunlara doze biler!Zennimce dozurse demek qadin ozude manyakdir.Her halda ona qarwi olunan iwgencelerden hezz alirmiw.

Məndə onu deyəcəkdim ,bu qədər də olmaz,hələ 50 yaşı varmış bilmiyibmiş,ya uydurmadı yada ki özüdə manyakmış
14 oktyabr 2016 22:35
5
Qadınlar polislər kimidir;Əllərində bütün dəlillər vardır amma yenə də etiraf etmənizi istəyərlərutandim
Offline
YalniZ-ArZu
Sizi bilmirem,men inanmadim.Bu qeder de olmaz yani.Bir qadin nece bunlara doze biler!Zennimce dozurse demek qadin ozude manyakdir.Her halda ona qarwi olunan iwgencelerden hezz alirmiw.
14 oktyabr 2016 21:54
4
Adətən həyatda 3 sandığımız olar.1-cehiz sandığımız,2-adam sandığımız,3-söz veribdə tutar sandığımız.
Offline
BARBI
Nece insanlar var.Yeqinki psixopatdir
14 oktyabr 2016 19:39
3
Canımı yaktıktan sonra, hiç birşey olmamış gibi helallik isteyenler! Cehennemde yandığınızı görsem üzerinize benzin dökerim... !
Offline
qanadli melek
Allahim bu ne.bu insan deyilmis caniymis
14 oktyabr 2016 19:39
2
Bezen herseyin tek bir cavabi vardir...BiLMiREM..
Offline
Helena
Oxuduqca tuklerim biz biz oldu..Allah belelerinden uzag etsin hamini.Xanimada komek etsin
14 oktyabr 2016 19:24
1
▬▬▬▬▬▬▬▬▬▬ஜ۩۞۩ஜ▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬
Yaşadığım bütün yalnızlıqlar, gözlədiyim bir insan üçündür xeyal
▬▬▬▬▬▬▬▬▬▬ஜ۩۞۩ஜ▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

Müzakirələr

Azərbaycanım

Xəbər lenti

Astrologiya

Ən çox oxunanlar

Səsvermə

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınlar.Biz həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 

Qadın testləri

Aylıq arxiv

Facebook