Məktəbdə Üzeyirin mahnısını oxuyan şagird BELƏ cəzalandırıldı? - ŞOK VİDEO

Müəllif: Nigar
Şərhlər: 5
Baxılıb: 4 546
Səs ver:
(səs: 0)
Müəllim gündəliyə qeyd yazdı, valideynin və cəmiyyətin qınağı ilə üzləşdi.
Orta məktəblərin birində müəllim şagirdin gündəliyinə qəribə qeyd yazıb. Şagird musiqi dərsində Üzeyir Mehdizadə kimi tanınan müğənninin mahnısını oxuduğu üçün şagirdi cəzalandırdığını bildirib. Valideyn sosial şəbəkələrdə gündəliyin şəklini paylaşandan sonra isə ciddi müzakirələrə səbəb olub.
Təhsil məsəsələri üzrə ekspert Əjdər Ağayev bildirir ki, müəllimlər gündəlik vasitəsi ilə valideynlərə öz fikirlərini çatdıra bilər. Lakin çalışmaq lazımdır ki, gündəlikdə şagirdləri ruhlandıran fikirlər yazılsın.
Əjdər Ağayev hesab edir ki, müəllimlər gündəliklə işləmə qaydalarını daha yaxından öyrənməlidir.
Ümumilikdə isə şagirdin musiqi dərsində tədris olunan vəsaiti kənara qoyaraq Üzeyir Mehdizadənin mahnısını oxuması musiqi zövqümüzlə bağlı narahatlıq doğurur. Bu bir siqnaldır. Zövqümüzün korlanması ilə bağlı bir siqnal…

***
Sosial şəbəkələrdə məktəblinin gündəliyinə yazılan qeydə müğənni Üzeyir Mehdizadə münasibət bildirib.
Publika.az-a açıqlama verərən müğənni məsələyə belə münasibət bildirib:
“Allah-Tala o qəlblərə məhəbbətimi salıb ki, məni sevsinlər. Odur ki, heç bir bəşər övladının gücü yetməz ki, məni oradan çıxarsın. İstər “2”, istər “0” yazsınlar. Nəticə yenə də dəyişməz. Verən Allah cah-cəlallıdır. Ona şükürlər olsun”.

(səs: 0)
Şərhlər: 5
Baxılıb: 4 546
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri