Səhiyyəmizdə BİABIRÇILIQ! Həkimlər doğuş zamanı ananı...

Müəllif: Nigar
Şərhlər: 5
Baxılıb: 2 511
Səs ver:
(səs: 0)
Son günlər doğum evlərində ana və uşaq ölümü ilə bağlı xəbərlər intensiv xarakter alıb.

Müraciət edən vətəndaş Fərqan Əliyev bildirib ki, Sumqayıt şəhər 1 saylı Doğum evində həkimlərin səhlənkarlığı nəticəsində həyat yoldaşı ağır vəziyyətə düşüb və hazırda həyatına təhlükə yaranıb. Vətəndaş qeyd edir ki, həyat yoldaşını Sumqayıt şəhər 1 saylı Doğum evinə yerləşdiriblər. Normal doğuş üçün qəbul olunan xəstənin təbii yolla doğuş edə bilmədiyini əsas gətirərək, üzərində qeysəriyyə əməliyyatı aparıblar.

Fərqan Əliyev bildirir ki, yenicə dünyaya gələn övladının mikroblu olduğunu bildirərək, uşağa ağır antibiotiklər təyin ediblər. Hər hansı hərarəti olmayan və normal qidalanan uşağı müalicə adı ilə 5 gün xəstəxanada saxladıqdan sonra məlum olub ki, ananın da vəziyyəti yaxşı deyil. Doğuşdan sonra bunun normal olduğu və qan itirdiyi əsas gətirilib, ardınca anaya 3 dəfə qan köçürülüb, antibiotiklər təyin edilib.

8 gündən sonra evə buraxılan ananın vəziyyəti kəskinləşib.
Nəticədə Fəqan Əliyev həyat yoldaşını Respublika Kliniki Xəstəxanasın aparıb. Burada müayinə edilən ananın əməliyyat zamanı mikroba yoluxduğu məlum olub. Eyni zamanda o da məlum olub ki, aparılan müalicələr heç bir təsirinin olmaması ilə yanaşı, bədəndə ağırlaşma yaradıb.

Fərqan Əliyev bildirir ki, Sumqayıt şəhəri 1 saylı Doğum evindən Respublika Kliniki Xəstəxanasına göndəriş almaq istəsə də, bunu verməyiblər və məsuliyyətdən yayınıblar. Şikayətçi qeyd edir ki, Respublika Kliniki Xəstəxanası xəstəni qəbul etmək istəmir ki, göndəriş gətirin. Ananın vəziyyəti isə daha da ağırlaşıb.

Şikayətçi deyir ki, yenidən Sumqayıtdakı Doğum evinə qayıtmağa qorxur.

"Təsəvvür edin, 5 gün baxımsız vəıziyyətdə qalan yoldaşına qızdırması 40 dərəcə olduğu halda adi hərarətdüşürücü tapıb vurmayıblar. 5 gündən sonra xəstəxanada etiraz edəndən sonra yenidən ananı reanimasiya şöbəsinə yerləşdirdilər. 2 gün orada qaldıqdan sonra evə buraxdılar. Yenidən müayinə edilən zaman isə əməliyyat zamanı mikrob düşdüyü aşkarlandı. Bu cavab isə Sumqayıt 1 saylı Doğum evinin həkimlərini qane etmir və deyirlər ki, heç bir problem ola bilməz. İndi mən necə yenidən bunlara etibar edə bilərəm?"

Hazırda ananın durumu ağır olaraq qalır. Vətəndaş bununla bağlı hüquq-mühafizə orqanlarına müraciət edəcəyini bildirir. Eyni zamanda Səhiyyə Nazirliyindən bu məsələni araşdırmağı tələb edir./modern.az/
(səs: 0)
Şərhlər: 5
Baxılıb: 2 511
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri