"Xatun müğənniləri ələ salır" - Aygün Xatunun cavabını ELƏ VERDİ Kİ...

Müəllif: Nigar
Şərhlər: 3
Baxılıb: 2 210
Səs ver:
(səs: 0)
Xalq artisti Aygün Kazımova ifaçı Xatun Əliyevanın müğənniləri parodiya etməsinə münasibət bildirib. A.Kazımova "10-dan sonra" verilişində bildirib ki, X.Əliyeva müğənniləri parodiya etmir, ələ salır:

"Əgər siz doğurdan da parodiya etmək istəyirsinizsə, həmin müğənninin hərəkətlərinə diqqət yetirin. Onun danışdığı sözlərə fikir verin: hansı sözlərlə populyar olub, tamaşaçının xoşuna gəlib, hansı sözlərlə tutuzdurub. Geyiminə fikir verin. Məsəl üçün, o gün Xatun Əliyevanın müğənnini parodiya etməsinə baxdım. Xatun özü nə istədi onu danışdı. Ola bilsin həmin müğənninin geyimini oxşadıb, amma danışıq, ssenari, mətn hamısı hazırlanmalıdır ki, qarşı tərəfə pis təsir etməsin. Xatunun parodiyasından elə çıxdı ki, Xatun çıxıb efirdə müğənnini ələ salır. Ya yaxşı hazırlaşmamışdı, ya da...Fikrimcə, səhnəyə çıxırsansa, tam hazırlılı çıxmalısan. Əgər sən peşəkar birini parodiya edirsənsə, peşəkarcasına parodiya etməlisən. Axı parodiya etmək də bir sənətdir".
(səs: 0)
Şərhlər: 3
Baxılıb: 2 210
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri