Bütün Azərbaycan ondan danışır - Tanımadığımız tanış...- VİDEO

Müəllif: Nigar
Şərhlər: 5
Baxılıb: 2 240
Səs ver:
(səs: 0)
Şənbə günü "O səs Türkiyə"də azərbaycanlı ifaçı Gülşən İbadovanın çıxışı böyük səs-küy yaradıb.

"Qafqazinfo" xəbər verir ki, həmyerlimizin ingilis və fransız dilində oxuduğu "La Voix" adlı opera əsəri hər kəs tərəfindən bəyənilib. G. İbadova 4 münsifin də rəğbətini qazana bilib, yarışmaya Gökhanla Hakanın komandasında davam etmək istədiyini açıqlayıb.

Bəs səsi və danışıq tərzi ilə Türkiyəni özünə valeh edən Gülşən İbadova kimdir?

İbаdоvа Gülşən Mirzəbəy qızı 20 yаnvаr 1986-cı ildə Rusiyа Fеdеrаsiyаsının Аmur vilаyətinin Tаmbоv şəhərində аnаdаn olub. 1 dеkаbr 2005-ci il tаrixindən Аzərbаycаn Dövlət Musiqili tеаtrındа xоr аrtisti vəzifəsində işləyir. Səs tеmbri sоprаnоdur. Tеаtrdа işlədiyi müddət ərzində "О оlmаsın, bu оlsun", "Bаnkir аdаxlı", "Səhnədə məhəbbət", "Məhəbbət оyunu", "Qırmızı pаpаq", "Şən dul qаdın", "Şеytаnın yubilеyi" və başqa tаmаşаlаrındа iştirаk edib.



Azərbaycanlı iştirakçı barədə Musiqi Teatrın rəsmi internet səhifəsində ətraflı məlumat verilib.

30 yaşlı Gülşən Azərbaycan mediasına tanış olmasa da, bacısı Dilşən bir neçə müsabiqə iştirakçısı olub. İki gündür ki, bacıların bənzərliyi müzakirələrə səbəb olub, hətta oxuculardan bəziləri Dilşəni Gülşənin bacısı deyil, özü olduğunu bildirirdi.

Bundan başqa Dilşən ATV kanalında yayımlanan "Yeni ulduz - 9" mahnı müsabiqəsinin iştirakçısı olub, təəssüf ki, finala vəsiqə qazana bilməyib. O, eyni zamanda "Eurovision- 2011" milli seçim turlarına da qatılıb.

Bacılarla bağlı daha bir maraqlı fakt isə Gülşənin illər sonra bacısının "Yeni ulduz - 9"a geyindiyi libasdan "O səs Türkiyə" yarışmasında istifadə etməsidir. Qeyd olunur ki, Gülşən müsbaiqə zamanı bacının geyimlərini özü hazırlayıb.

Həmçinin, Gülşənin Türkiyədəki ifa etdiyi opera əsərini bacısı da milli seçim turlarında ifa edib.





[media=https://youtu.be/-D3oNG2YJzU]
(səs: 0)
Şərhlər: 5
Baxılıb: 2 240
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri