26 yaşlı qadının intihara cəhdinin səbəbi: ŞOK Whatsapp yazışması nəyi üzə çıxartdı? - Bakıda

Müəllif: Nigar
Şərhlər: 6
Baxılıb: 2 695
Səs ver:
(səs: 0)
Bakıda 26 yaşlı qadın intihara cəhdinin səbəbləri məlum olub.

Xəzər rayon prokurorluğunda aparılan araşdırmalar rayon sakini H.Ə.-nin (ailəsini və özünü nəzərə alaraq, qadının adını gizli saxlayırıq) özünü öldürməyə cəhd etməsinin motivini üzə çıxarıb.

1990-cı il təvəllüdlü H.Ə. Lev Starçuk küçəsində yaşadığı binanın üçüncü mərtəbəsindən özünü atıb. O, ağır vəziyyətdə 3 saylı Şəhər Kliniki Xəstəxanasına çatdırılıb. Xəstəxanadan əldə etdiyimiz məlumata görə, 26 yaşlı qadın hazırda reanimasiya şöbəsindədir və vəziyyəti ağır olaraq qalır.

Saytın hüquq-mühafizə orqanlarından əldə etdiyi məlumata görə, araşdırmalar zamanı məlum olub ki, H.Ə.-nin intihara cəhdinə sevgilisinin ondan ayrılması səbəb olub. Daha doğrusu, onunla yaxın münasibətdə olan kişi evlənməkdən imtina edib. H.Ə. isə hamilə olduğunu düşünüb və özünü öldürmək qərarına gəlib. O, özünü atmazdan əvvəl Whatsapp-la keçmiş sevgilisinə vida ismarışı da yazıb.

Xəstəxanaya gətirilən H.Ə.-nin hamilə olmadığı üzə çıxıb.

Faktla bağlı Xəzər rayon prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.(musavat.com)
(səs: 0)
Şərhlər: 6
Baxılıb: 2 695
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri