“Qanuni oğru” Rövşən Lənkəranskinin qətlinin üstü açıldı

Müəllif: Nigar
Şərhlər: 3
Baxılıb: 4 698
Səs ver:
(səs: 0)
Rusiya hüquq-mühafizə orqanları Rövşən Lənkəranskidən 2016-cı ilin yazında Moskvada “göyərti kralı” Cambulat Şamil oğlunun güllələnməsi üçün intiqam alındığını aşkar ediblər.

Oxu.Az xəbər verir ki, hüquq-mühafizə orqanlarında olan mənbə Rosbalt-a bildirib ki, İstanbulda Rövşən Lənkəranskinin qətli Rusiyada kriminal qüvvələrə də təsir etdiyi üçün rusiyalı xəfiyyələr qətlin istintaqı ilə məşğul olublar. Əməliyyatçılar bu qətlin üstünü açıblar.

Cambulat Şamil oğlunun güllələnməsinin istintaqının gedişatında məlum olub ki, qətl üçün “qanuni oğru” Caniyevin qruplaşmasından iki killer cəlb edilib. Cambulat ilə hesabın bağlanmasına dair “sərəncamı” onunla münaqişəsi olan Rövşən Lənkəranski şəxsən verib.

Cambulatın qohumları və tərəfdaşları öz araşdırmalarında da məhz belə nəticəyə gəliblər, daha sonra ona “qanlı intiqam” elan edib, ölüm hökmü çıxarıblar.

Xatırladaq ki, 2016-cı ilin avqustun 18-də Caniyev İstanbul hotellərinin birində öz briqadasının üzvləri ilə görüşüb. Binadan yolsuzluq maşınından uzaqlaşarkən maşını killerlər atəşə tutublar, dəlmə-deşik ediblər. “Qanuni oğru” və onun sürücülük vəzifəsini yerinə yetirən sinif yoldaşı da ölüb.
(səs: 0)
Şərhlər: 3
Baxılıb: 4 698
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri