"WhatsApp"dan BOMBA yenilik - SNAPCHAT...

Müəllif: Nigar
Şərhlər: 3
Baxılıb: 2 711
Səs ver:
(səs: 0)
Artıq WhatsApp-da da Snapchat xüsusiyyətləri istifadə oluna biləcək.

Daimi olaraq Snapchat tətbiqlərini özündə təqdim etməyə davam edən “Facebook”, bu səfər də “WhatsApp” üzərində yeni dəyişiklikliyə imza atıb.

Qadinlar.biz technote.az saytına istinadən xəbər verir ki, “Snapchat Stories” və “Messenger Day” kimi xüsusiyyətlərin sonra, “WhatsApp” da oxşar bir variantda istifadəçilərə təqdim olunacaq.

Status adı verilən yeni “WhatsApp” xüsusiyyəti, söhbətləri və zənglər arasına yenilik əlavə edir. Beləki, seçdiyiniz insanlarla foto və ya video paylaşmanıza imkan yaranacaq. Hələ təcrübi bir xüsusiyyət olan Status, bu anda “WhatsApp” tətbiqinin beta versiyasında mövcuddur, lakin çatmaq üçün cihazın rootlu və ya jailbreakli olması tələb olunur.

“Eynilə Snapchat”-da olduğu kimi “WhatsApp Status”-da da visual görüntülər üzərində dəyişiklik edə bilir, yazı və ya emosiya əlavə edə bilirsiniz. Bundan əlavə videoları da bəzəyə, dəyişdirə bilərsiniz. Status-ta hazırlanan bu görüntü və videolar təxminən 24 saat ərzində da varlıqlarını davam etdirir.

Bu yeniliklər əslində bir müddətdir “WhatsApp”-da mövcuddur, lakin kifayət qədər müxtəliflik təşkil etmirdi. Status xüsusiyyətlərini nə vaxt rəsmi olaraq “WhatsApp” üzərində təqdim olunacağı bilinmir. Amma görünüşə görə, “Facebook Snapchat”-dan əl çəkməyəcək.
(səs: 0)
Şərhlər: 3
Baxılıb: 2 711
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri