"BakuBus"dan sərnişinlərə ŞOK ŞAD XƏBƏR

Müəllif: Nigar
Şərhlər: 2
Baxılıb: 2661
Paylaş:
Səs ver:
(səs: 0)
Bakıda "BakuBus"ın istifadəyə verilən yeni marşrut xətti və qrafiki açıqlanıb.

Bu gündən etibarən Bakı şəhərinin mərkəzi hissəsində "BakuBus" MMC-nin yeni - 3 nömrəli marşrut xətti istifadəyə verilib. İlkin mərhələdə sınaq olaraq 07, 08 və 09 noyabr 2015-ci il tarixlərində marşrut üzrə hər gün 8 ədəd avtobus, noyabrın 10-dan etibarən 18 avtovus xidmət göstərəcək.

"BakuBus" MMC-nin mətbuat xidmətinin rəhbəri Nuridə Allahyarova Milli.Az-a bildirib ki, Fransa istehsalı olan "İveco" avtobusları 3 saylı xətt üzrə "Azadlıq Prospekti" metro stansiyasından başlayaraq - Süleyman Sani Axundov küçəsi - Şövkət Məmmədova küçəsi - Səttar Bəhlulzadə - Atatürk prospekti - Nəsib bəy Yusifbəyli küçəsi - Səməd Vurğun küçəsi - Ənvər Qasımzadə küçəsi -Bakıxanov küçəsi - İnşaatçılar prospekti - Ə.Haqverdiyev küçəsi - Hüseyn Cavid prospekti - Parlament prospekti - Şəhidlər xiyabanı istiqamətində hərəkət edərək, əks istiqamətdə Şəhidlər xiyabanı - Parlament prospekti - Hüseyn Cavid prospekti - Ə.Haqverdiyev küçəsi - İnşaatçılar prospekti - Bakıxanov küçəsi - Xan Şuşinski küçəsi - Ənvər Qasımzadə küçəsi - Ceyhun Hacıbəyli küçəsi - Fətəli Xan Xoyski küçəsi - Koroğlu Rəhimov küçəsi - Fətəli Xan Xoyski küçəsi - Atatürk prospekti -Şövkət Məmmədova küçəsi - Cəfər Xəndan küçəsi - İbrahim Paşa Dadaşov küçəsi- "Azadlıq Prospekti" m/st xətti üzrə hərəkət edir. Ümumi uzunluğu 25.8 km-dir.

Qeyd edək ki, "BakuBus" MMC-nin avtobuslarında gediş haqqının ödənilməsi nağd pulla deyil, yalnız "BakıKart" vahid ödəniş kartları ilə həyata keçirilir. "BakıKart" vahid ödəniş kartlarını bütün metro stansiyalarında və avtobus dayanacaqlarında quraşdırılmış yeni "BakıKart" terminallarından, Bakı şəhərində yerləşən müasir tipli mətbuat köşklərindən və digər "BakıKart" loqosu olan məntəqələrdən əldə etmək olar. Dövriyyədə iki növ "BakıKart" ödəniş kartları - məhdud istifadə üçün kağız "BakıKart"ları və daimi istifadə üçün plastik "BakıKart"ları mövcuddur. Kağız kartların qiyməti 20 qəpikdir, onlara 1, 2, 3 və ya 4 gediş haqqı yüklənə bilər. Bu kartlar ilk istifadə tarixindən etibarən 45 gün ərzində etibarlıdır. Plastik "BakıKart"ların qiyməti 2 manatdır və bu növ kartlara istənilən məbləğdə gediş haqqı yüklənə bilər.

"BakıKart"la bir şəhərdaxili gediş haqqı 20 qəpikdir.

Şirkət bildirir ki, "BakuBus" MMC-nin avtobuslarından istifadə edən zaman aşağıdakı qaydalara riayət olunmalıdır: avtobusa yalnız ön qapıdan minib kartı ödəniş aparatına oxutduqdan sonra salona keçilməli, avtobus dayanacaqda dayandıqda salonu yalnız orta və ya arxa qapıdan tərk etmək lazımdır.

"BakuBus" MMC əvvəlcədən müəyyən olunmuş digər xətləri də bu ilin sonuna qədər istifadəyə verməyi nəzərdə tutur.

loading...
(səs: 0)
Şərhlər: 2
Baxılıb: 2661
Geriyə
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
Online
YalniZ-ArZu
Merkez kuceleri doldurun gozel avtobuslarla,kenar kucede yawayanlar palciq tapdalaya tapdalaya cindir avtobuslarda gezsinler.Olkede her wey ustu bezek,alti tezekdir onsuzda,avtobuslar,yollar hamisi merkezde gozel goycek,kenarlarda it abrinda,guya kenarda yawayanlar adam deyiller,ozleri geden kuceleri gozellewdirirler ki,birden mawinlari palciga batar.
Azerbaycanin neqliyyat sistemi de sagalmayan yaralarimizdandir bizim:(
7 noyabr 2016 14:24
2
Adətən həyatda 3 sandığımız olar.1-cehiz sandığımız,2-adam sandığımız,3-söz veribdə tutar sandığımız.
Offline
vipbetul
lazimli melumatdi
7 noyabr 2016 13:24
1
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

Müzakirələr

Azərbaycanım

Xəbər lenti

Astrologiya

Ən çox oxunanlar

Səsvermə

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 

Qadın testləri

Aylıq arxiv

Facebook