Sekslə məşğul olmağın 8 ŞOK FAYDASI

Müəllif: Nigar
Şərhlər: 2
Baxılıb: 5 656
Səs ver:
(səs: 0)
Sekslə məşğul olmaq və orqazma çatmaq bədənin qan dövranını nizamlayır, insanı gümrah saxlayır. Eyni formada vaginal bölgədəki maddələr mübadiləsinin də aktiv və sağlam olmasını təmin edir. Qan dövranını tənzimləməklə yanaşı orqazm olmağın bir çox faydası var.



Ürəyə faydalıdır



Orqazm olmaq ürək-damar məşqi kimi də qiymətləndirilə bilər. Mütəxəssislər orqazm olan zaman nəbzin və qan təzyiqinin yüksəldiyini, tənəffüs sürətinin artdığını deyirlər. Bir çox psixoloji faydaları ilə birgə, bədən endorfin ifraz edir. Bu, rahatlanmanın möcüzəvi bir yoludur.



Əhvalı yüksəldir



Əhvalınız yoxdur və özünüzü xoşbəxt hiss etmirsiniz? Bəlkə də tək ehtiyacınız olan orqazmdır. Bununla yanaşı, orqazm olarkəna endorfin, dopamin və oksitosin ifraz olunur. Bu üç hormon əhvala müsbət təsir edir. Əslində, dopamin narkotik maddə istifadə etdikdə və ya çox ləzzətli bir şey yedikdə ifraz olunan hormondur.



Yatmağa kömək olur



Zövq almaq uzun və rahat bir gecə yuxusu almağa kömək edə bilər. 1800 qadın arasında aparılan araşdırmalardan biri sübut edib ki, qadınların 30%-i cinsi rahatlığı sakitləşdirici hesab edir.



Beyni sağlam saxlayır



Orqazm olmaq yalnız ürəyi yox, beyni də işlədir. Tədqiqatçılar orqazm yaşayan qadının beyninin normaldan daha çox oksigenlə qidalandığını təsbit ediblər.



Təbii ağrıkəsicidir



Mütəxəssislər ağrıları aradan qaldırmaq, xüsusilə də, miqren və menstruasiya sancılarına qarşı orqazmı tövsiyə edirlər. Onlar orqazm zamanı sıxılmaların menstruasiya dövrlərində müvəqqəti rahatlıq yarada biləcəyini deyirlər.



Stressi azaldır



Çox insanın həyatı rahatlıqdan uzaqdır. Bu həyatı yaşayan cütlüklərə cinsi boşalma istirahət ola bilər. Yalnız hormonlar yolu ilə deyil, beynimizin də fasilə verərək gündəlik həyat qayğılarından başqa bir yerə fokuslanması insanı stressdən uzaqlaşdıra bilər.



Gözləriniz parlayar



Yalnız ruhi qida kimi anlamayın. Cinsi əlaqədən sonra ifraz olunan DHEA (dehydroepiandrosteron) hormonu dərini fizioloji olaraq gözəlləşdirir.



Emosional sağlamlığı təmin edir



Orqazm olmaq özünə inam hissini, emosional güvən və romantik zəkanı yüksəldir. Mütəxəssislər bildirirlər ki, bədənin necə fəaliyyət göstərməsi və tərəf müqabilinizdən necə zövq almağınız münasibətləriniz haqqında düzgün qərara verməyə kömək edir.
(səs: 0)
Şərhlər: 2
Baxılıb: 5 656
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri