"Xoşqədəmin yarım kub iynə vurdurduğu kişi məgər ölüb?" ŞOK - Bu da nazirlikdən AÇIQLAMA

Müəllif: Nigar
Şərhlər: 1
Baxılıb: 2 970
Səs ver:
(səs: 0)
Xoşqədəm Hidayətqızının müəllifi olduğu "Səni Axtarıram" verilişindəki kadrlarla bağlı qalmaqal səngimək bilmir. Qalmaqallı məsələlərdən biri isə oradakı həkimin yaşlı kişi haqda "Yarım kub iynə vuraq durmasın" deməsi olub. Bəs bu həkimə niyə sahib çıxan tapılmır?

Maraqlıdır ki, Səhiyyə Nazirliyinin rəsmisi ötən gün cebhe.info-ya açıqlamasında kadrlardakı tibb işçisinin Medera Hospitalın əməkdaşı olduğunu desə də, bu gün nazirliyin başqa əməkdaşı tamamilə fərqli mövqe nümayiş etdirib. Kadrarxası çəkilişlər olsa belə bu görüntülər reallığı əks etdirir. Maraqlıdır, efir zamanı yardım məqsədilə çəkiliş meydançasına dəvət edilmiş həkimin xəstəyə müayinəsiz müdaxilə barədə dediyi sözlər diqqətdən kənarda qalır. Əvvəlcə tibb işçisinin hansı klinikada şalışması vbarədə açıqlama verən Səhiyyə Nazirliyi indi məsələdən yayınaraq, proqramdakı həkimin hərəkətləri barədə araşdırılacaq məqamın olmadığını bildirir. Halbuki həmin kadrlarda da göründüyü kimi, həkimin "yarım kub iynə vuraq, durmasın" deməsi insan həyatına təhlükədən xəbər verir. Səhiyyə Nazirliyi tərəfindən məsələnin araşdırılmaması maraq doğurur.

Tibb işçisinin kimliyi niyə açıqlanmır?

Səhiyyə Nazirliyinin mətbuat xidmətinin əməkdaşı Səfayə Əhmədova Cebhe.info-nun suallarına belə cavab verib: "O kadrlar quraşdırılmış səhnələrdir. Verilişə həkim o halda göndərilə bilər ki, onların nazirliklə hər hansı bir müqaviləsi olsun. O, hər həftə gedən verilişdir. Bizim də heç bir icazəmiz olmayıb ki, proqrama kimsə getsin. Əvvəlcə o verilişdəki olanlar barədə məlumatsız idik. Sonradan baxdıq, araşdırma apardıq. Bu məsələnin bizə heç bir aidiyyatı yoxdur. Bizim işimiz, gücümüz yoxdur ki, oturub Xoşqədəm xanımın verilişini araşdıraq? Adam ölüb ki? Bu ssenari ilə qurulmuş bir məsələdir. Mən bircə onu deyə bilərəm ki, Səhiyyə Nazirliyinin o verilişlə heç bir əlaqəsi yoxdur. Dövlət müəssisələrində çalışan heç bir həkim bu günədək o verilişdə olmayıb. O proqramda yalnız özəl tibb müəssisələrinin işçiləri olub. Olub, olmayıb, yenə də onu deyə bilmərəm. Özünüz də gördünüz ki, bu quraşdırılmış bir şeydir. Sizi o həkimin kimliyi maraqlandırırsa, Xoşqədəm xanımdan və ya ATV kanalından maraqlanın. Səhiyyə Nazirliyi şou yaradır burada?"

"O tibb işçisi kimdir, hansı tibb müəssisinin həkimidir?" sualına Səfayə Əhmədova ilginc cavablar verib. O deyib ki, istənilən şəxs əyninə ağ xalat geyib istənilən hərəkəti edə bilər:

"Səhiyyə Nazirliyinin heç bir tibb müəssisəsinin işçiləri o verilişdə iştirak etməyib. Məndən soruşursuzsa, deyirəm ki, Səhiyyə Nazirliyinin tibb müəssisələrində çalışan heç bir şəxs bu günədək o verilişdə olmayıb. O tibb işçisinin kimliyini bilmək istəyirsinizsə, şəklini "skrin" edin yapışdırın divarlara, deyin ki, bu şəxs axtarışdadır. Mən həkim axtaran deyiləm axı... İstənilən adam əyninə ağ xalat geyə bilər".

Xatırladaq ki, mediada Xoşqədəm Hidayətqızının müəllifi olduğu "Səni axtarıram" proqramının kadrarxası çəkilişlərinin görüntüsü yayılıb. Həmin görüntülər proqramın ATV kanalında yayınlandığı dövrdə baş verənlərdir. Məlumata görə, uzun illər "Səni axtarıram" verilişində canlandırılan səhnələrdə real faktlar deyil, quraşdırılmış süjetlərdən istifadə olunub. Belə ki, efirə çıxarılacaq qəhrəmanlar başqa formada təqdim olunur və tamaşaçı aldadılır. Görüntülərdən bəlli olur ki, efir zamanı yardım məqsədilə çəkiliş meydançasına dəvət edilmiş həkim qəhrəmanı xərəkdə gətirmək üçün ona iynə vurulmasını təklif edir.
(səs: 0)
Şərhlər: 1
Baxılıb: 2 970
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri