Üzeyir Mehdizadənin mahnısı Dubayda rekord qırır - VİDEO

Müəllif: Nigar
Şərhlər: 9
Baxılıb: 4 469
Səs ver:
(səs: 1)
Azərbaycanda qarşılaşdığı çoxsaylı tənqidlərə əhəmiyyət verməyən müğənni Üzeyir Mehdizadə Rusiyadan sonra indi də Dubayda populyarlaşmağa başlayıb.

BAKU.WS xəbər verir ki, İnstagramda "hindmakeup_” kimi qeydiyyatdan keçən məşhur ərəb vizajist xanım maraqlı video paylaşıb. Belə ki, İnstagramda 145 min izləyicisi olan xanım videoda azərbaycanlı müğənni Üzeyir Mehdizadənin mahnısının sədaları altında makiyaj edib.

Vizajistin Üzeyirin "Mənə gəl" mahnısının sədaları altında etdiyi makiyaj minlərlə izləyici tərəfindən bəyənilib.

Qeyd edək ki, bir vaxtlar Üzeyir Mehdizadənin ifa etdiyi bu mahnı qalmaqala səbəb olub. Mahnı duet şəkilində ifa edilib və mahnının nəqəratını səsləndirən xanımın səsi müğənni Röyanın ifasına bənzədiyi üçün Mehdizadənin Röya ilə duet ifa etdiyi deyilirdi. Lakin Röya buna etiraz edərək həmin ifanın ona məxsus olmadığını bildirib.

Onu da əlavə edək ki, Üzeyir Mehdizadənin oxuduğu mahnılar ölkəmizdə müəyyən kütlə tərəfindən bəyənilsə də çoxları onun ifasını sərt tənqid edir. Sözlərini və bəstəsini özünün yazdığını deyən müğənninin ifaları bayağı adlandırılır, insanların musiqi zövqünü korlamaqda ittiham edilir.

Onu da bildirək ki, bu yaxında Dubayda yerləşən "JBR” çimərliyində də Üzeyirin mahnılarının səsləndirilildi. Buna aid video BAKU.WS-in Facebook səhifəsində paylaşılmışdı. Sonradan həmin videonu Üzeyir Mehdizadə öz səhifəsində də paylaşıb.
(səs: 1)
Şərhlər: 9
Baxılıb: 4 469
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri