Bakıda FACİƏ: Şagirdin başı avtobusun qapıları arasında qalıb partladı: "Sifəti qan içində..."/FOTO

Müəllif: Nigar
Şərhlər: 4
Baxılıb: 2 677
Səs ver:
(səs: 1)
Bakıxanov qəsəbəsində 12 yaşlı uşağın başı 49 saylı marşrutun qapılarının arasında qalıb. Nəticədə məktəbli ciddi xəsarət alıb.

Şahidlərin virtualaz.org-a bildirdiklərinə görə, hadisə ötən gün günorta saatlarında baş verib. Sürücü uşaq avtobusa daxil olmadan qapını bağlayıb.

Hadisə şahidinin sözlərinə görə, avtobus Sabunçu Rayon İcra Hakimiyyətinin yaxınlığındakı dayanacaqda sərnişin götürürdü. Sərnişinlər hamısı avtobusa minməmiş sürücü güzgüyə baxmadan qapıları bağlayıb. Bu zaman 6-cı sinif şagirdi olan oğlanın başı qapının arasında, bədəni isə çöldə qalıb, qapı uşağa ciddi xəsarət yetirib. “Sifəti qan içində idi, başı partlamışdı. Sərnişinlərin qışqırığına sürücü qapını açdı”, - şahidlərdən biri deyir.

Lakin sürücü xəsarət alan uşağa yardım etmədən heç nə olmamış kimi yoluna davam edib. Xəsarət alan məktəblini isə avtobusun sərnişinlərindən biri təcili yardımla xəstəxanaya aparıb.

Hadisə ilə bağlı 3 saylı Sabunçu Şəhər Klinik Xəstəxanasına zəng etdik və xəstəxanadan faktı təsdiqlədilər. Məlum oldu ki, xəsarət alan 12 yaşlı məktəbli Hüseyn Məmmədovdur. O, ötən gün xəstəxanaya daxil olarkən başında yaralar olub və yaralar tikildikdən sonra evə buraxılıb. Həkimin sözlərinə görə, xəstənin vəziyyəti orta ağır qiymətləndirilir. Xəstəxanadan onu da bildirdilər ki, faktla bağlı polis idarəsinə məlumat verilib.
(səs: 1)
Şərhlər: 4
Baxılıb: 2 677
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri