Tez-tez izləyicilərini təəccübləndirən əməkdar artist Elza Seyidcahan yenə öz ampulasındadır. Müğənni əksər oxucular tərəfindən qınaqla qarşılanan şeirlərindən daha birini təqdim edib.
Elza Seyidcahan izləyicilərilə növbəti şeirini "Instagram" sosial şəbəkəsində paylaşıb. Üstəlik, bu dəfəki şeir daha çox əyləncəli və erotik çalarlarla diqqət çəkir. Elza Seyidcahanın sosial şəbəkədə "Məzələn" adı ilə paylaşdığı mətni təqdim edirik:
Yorğun olanda mənimlə məzələn soy əynini, soy ruhunu təzələn. Ordan bura, burdan ora sərələn Mənə de ki, dağ qoynumda təpələn Ağuşumda körpələn, gəldiyin yollara güllər səpərəm. Saçlarınla dəniz kimi ləpələn de ki, mənə başdan ayağa səninçün qəzələm.
Yaralanaram. De ki, de ki, nərə çəkərəm ay çəkərəm, ox çəkərəm, off çəkərəm, uff çəkərəm məzələnməsəm, təzələnmərəm Yer olmasa, vaxt olmasa, heç olmasa yorğun könlün xoş olmasa, demə mənə mən sevgimi kəsərəm. Bil ki, canım, mən ölərəm itərəm. Sevgi yoxsa, arxayın ol, gəl mənimlə məzəli-məzəli, Məsələn, təzələn.