Xalq artistinin oğlu dostunu butulka ilə vurdu - İki məşhur arasında DAVA+VİDEO

Müəllif: Nigar
Şərhlər: 6
Baxılıb: 1273
Səs ver:
(səs: 0)
Aktyor Cavidan Novruzun “Vicdan haqqı” serialının final bölümündə Vüsal obrazını canlandıran həmkarı İbrahim Cingizi butulka ilə vurması sosial şəbəkədə geniş müzakirə mövzusu olub. Cavidan hətta təhqirlərə belə məruz qalıb. Çəkilişdən sonra iki gənc aktyor arasında həqiqətən də dava düşdüyü deyilir.

Qeyd edək ki, Cavidan Novruz xalq artisti Ramiz Novruzun, İbrahim isə əməkdar artist Çingiz Əhmədovun oğludur.

Yenicag.az-a açıqlama verən İbrahim Çingiz baş verənlərə belə aydınlıq gətirib:

“Bəzi insanlar həyatla serialı qarışdırır. Mən elə insanlara normal adam kimi baxmıram. Cavidan serialda məni butulka ilə vurub. Bu, bəzi adamlarda qıcıq yaradıb, onlar da hissə qapılaraq sosial şəbəkədə ağızlarına gələni yazıblar. Hətta Cavidanı təhqir edənlər də olub. Aktyoru təhqir etmək olmaz, əgər kiminsə obrazla bağlı fikri varsa, bu barədə yaza bilər, həyatla serialı niyə qarışdırsınlar ki… Biz Cavidanla, atalarımız da bir-biri ilə dostdur. Həmin çəkilişdən sonra da aramızda heç bir narazılıq olmayıb. Hətta biz bəzi insanlara cavab olaraq, birgə çəkdirdiyimiz fotonu sosial şəbəkədə paylaşdıq ki, həmin insanlara cavab olsun”.

Cavidan Novruzun məsələyə münasibəti isə belə olub:

“İbrahim hərtərəfli sınaqdan çıxmış oğlandır, mən ona inanıram. Heç vaxt aramızda dava, söz-söhbət ola bilməz. Bu, sadəcə serialdır, bunu obraz kimi qəbul etmək lazımdır. Əslində, bizim inandırıcı oyunumuzun nəticəsidir ki, belə söz-söhbətlərə rəvac verib. Vaxtilə İsmayıl Osmanlı, Məlik Dadaşovun tamaşaçılar tərəfindən təhqirlərə məruz qalmasını eşidəndə təəccüblənirdim. Hətta onlara deyilməyən təhqirlər mənə deyildi; ailəmi belə söydülər”.




(səs: 0)
Şərhlər: 6
Baxılıb: 1273
Geriyə
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
Offline
Aykam2001
Sitat: YalniZ-ArZu
Super serialdir dogurdanda "Vicdan haqqi" sezon finalina bomba atib cixdilar sanki,halaldir ssenaristlere.ureyim partlayir ki,birce tez qayitsalar sezondan.
Aktyorlara geldikde her ikisi genc olmaqlarina baxmayaraq cox istedadli senetkardirlar,halaldir her ikisine atalarinin coreyi (Ibrahimin Cingizin oglu oldugunu bilmirdim)
Camaata geldikde ise,manitor arxasindan wire pelenge donub camaatin ailesini tehqir edenler,ele sabah o aktyorlar ikisi birden qarwisina cixsalar sabunlanib yaltaqlananlar olacaqlar...hec birinin de yumruguna tab getirmezler.manitor arxasindan kiwilewmeklerine baxmayin.ona gore aktyorlarimiza ugurlar arzu edirem,seviyyesiz,dede anasindan xeberi olmayanlara fikir vermeyib oz fealiyyetleriyle mewgul olsunlar.
19 sentyabr 2017 16:39
6
“Danse comme si personne ne te regardait. Aime comme si tu n’avais jamais été blessé(e). Chante comme si personne n’écoutait. Vis comme si c’était le paradis sur terre.”
Offline
YalniZ-ArZu
Super serialdir dogurdanda "Vicdan haqqi" sezon finalina bomba atib cixdilar sanki,halaldir ssenaristlere.ureyim partlayir ki,birce tez qayitsalar sezondan.
Aktyorlara geldikde her ikisi genc olmaqlarina baxmayaraq cox istedadli senetkardirlar,halaldir her ikisine atalarinin coreyi (Ibrahimin Cingizin oglu oldugunu bilmirdim)
Camaata geldikde ise,manitor arxasindan wire pelenge donub camaatin ailesini tehqir edenler,ele sabah o aktyorlar ikisi birden qarwisina cixsalar sabunlanib yaltaqlananlar olacaqlar...hec birinin de yumruguna tab getirmezler.manitor arxasindan kiwilewmeklerine baxmayin.ona gore aktyorlarimiza ugurlar arzu edirem,seviyyesiz,dede anasindan xeberi olmayanlara fikir vermeyib oz fealiyyetleriyle mewgul olsunlar.
29 iyun 2017 11:38
5
Gözümüz bağlı güvəndiyimiz insanlar, yaxşı niyyətimizin içinə zibili yığanda, bizə də hər münasibətə üz verməyib, hər mundarın sözünə aldanmamaq qalar. 08
Offline
Barbaris
bizim bezi camaat eledi qariwqadan fil edirler agilsizlar
29 iyun 2017 11:24
4
# ☀ Şəxsiyyətimlə, rəftarımı səhv salmayın! Şəxsiyyətim kim olduğumla,
Rəftarım kim olduğunuzla bağlıdır!! ✔
Online
❤Nilay❤Canan❤
Sitat: _ŞN_
Sitat: sona
Obrazda her wey ola biler bunu niye wiwirdiblerki. Camaatda herden bilmir ne yazib ne pozsun
29 iyun 2017 10:11
3
canan qizim sirin seker qizim.
Offline
BARBI
obrazda bur=tun hallara girirler niye sisirdirler ki
20 iyun 2017 18:09
2
Canımı yaktıktan sonra, hiç birşey olmamış gibi helallik isteyenler! Cehennemde yandığınızı görsem üzerinize benzin dökerim... !
Offline
_ŞN_
Sitat: sona
Obrazda her wey ola biler bunu niye wiwirdiblerki. Camaatda herden bilmir ne yazib ne pozsun
19 iyun 2017 16:30
1

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Ən çox oxunanlar

Səsvermə

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 

Qadın testləri