Səməd Vurğunun ailəsi "Oba Market"i məhkəməyə verir

Müəllif: Nigar
Şərhlər: 5
Baxılıb: 3733
Səs ver:
(səs: 2)
"Oba" marketlər şəbəkəsinin yayımladığı reklam çarxı narazılıqlara səbəb olub.

PrimeTime.Az xəbər verir ki, reklam çarxı Azərbaycanın görkəmli xalq şairi Səməd Vurğunun "Azərbaycan" şeirindən götürülmüş misraların dəyişdirilməsi əsasında çəkilib. Bu isə Səməd Vurğunun ailəsində böyük narazılıq yaradıb. Məsələ ilə bağlı saytımıza açıqlama verən şairin nəvəsi Nigar Vəkilova belə bir reklamın çox iyrənc və səviyyəsiz olduğunu bildirib: "Mən bu məsələni eşidən kimi Səməd Vurğunun ev muzeyinin direktoru Nüşabə xanım Vəkilovaya xəbər verdim. Axı bu cür şeirin misralarının bir hissəsini dəyişdirib belə bir aşağılayıcı reklamda necə çəkib yayımlaya bilərlər ki? Kənardan çox iyrənc görünür. Biz bu səviyyəsiz reklam çarxı ilə bağlı ciddi tədbirlər görəcəyik. İlk tələbimiz o reklamın yayımının dayandırılmasıdır. Məhkəməyə müraciət etməyi də düşünürük, amma hələ müraciət etməmişik". Xatırladaq ki, "Azərbaycan" şeiri 1933-cü ildə yazılıb. 1959-cu ildə şeir "SSRİ xalqları ədəbiyyatı üzrə müntəxəbat"a daxil edilib. Şeirin sözlərinə bəstəkar Ələkbər Tağıyev tərəfindən eyniadlı "Azərbaycan" mahnısı bəstələnib. Qeyd edək ki, sözügedən reklam çarxı "El bilir ki, sən mənimsən, alış-veriş mərkəzimsən" misraları əsasında hazırlanıb və bir neçə radioda yayımlanır.

Məsələ ilə bağlı AZXEBER.COM-a açıqlama verən OBA marketlər şəbəkəsinin İctimaiyyətlə Əlaqələr Şöbəsinin nümayəndəsi Elvin Babayev bunları dedi:
"Hal-hazırda radioda yayımlanan qeyd edilən reklam çarxı autsorsinq əsasında Xəzər radiosu tərəfindən hazırlanmış və radioa yerləşdirilmişdir. Reklamın hazırlanmasını və yayımını Xəzər radiosu həyata keçirib. Biz bununla bağlı artıq radio ilə əlaqə saxlayıb, səsləndirilən iradları bildirmişik. Reklam çarxı yalnız bir radioda (Xəzər FM) efirə gedirdi və bugündən etibarən biz həmin səsləndirmənin yayımlanmasını dayandırmağı qarşı tərəfdən tələb etmişik. Bundan başqa Nigar xanımla əlaqə saxladıq, OBA marketlər şəbəkəsi adından yaranan anlaşılmazlığa görə üzrxahlıq etdik və Nigar xanım bizim üzürxahlığımızı qəbul etdi".
(səs: 2)
Şərhlər: 5
Baxılıb: 3733
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Ən çox oxunanlar

Qadın testləri