Yaya özəl tort: rokoko - HAZIRLANMA QAYDASI

Müəllif: YalniZ-ArZu
Şərhlər: 9
Baxılıb: 6 352
Səs ver:
(səs: 3)
Yayda dondurmaya alternativ olan rokoko tortu dada bilərsiniz. Həm sizi sərinlədəcək, həm də şirniyyat yemək ehtiyacınızı aradan qaldıracaq. sun.az rokoko tortun hazırlanma qaydasını təqdim edir.

Altı üçün:

2 stəkan süd
2 paket krem ​​şanti
2 ədəd yumurta
1 paket südlü şokolad
Yarım su stəkanı qədər şəkər tozu
1.5 paket kakaolu peçenye
250 qr qoz ləpəsi

Üstü üçün:

1 paket hazır şokolad sousu
Yarım litrə qədər süd

Hazırlanması:

Əvvəlcə bir qabda iki stəkan südlə iki paket krem ​​şantini mikserlə yaxşıca çırpın. Başqa bir qabın içində də iki yumurta və yarım stəkan şəkər tozunu şəkər əriyənə qədər mikserlə çırpın. Sonra hər iki qarışımı bir-birinin üstünə tökün, mikserin aşağı sürətilə qarışdırın. Üzərinə əlimizlə qırıb, əzdiyimiz peçenyeləri tökün. İri doğranmış qoz ləpəsi və südlü şokoladı da əlavə edib qarışdırın. Bu qarışımı kiçik bir şüşə qaba töküb, üzərini streçlə bağlayıb. Bir gecə buzxanada saxlayın. Servis etmək istəyəndə şokolad sousunu hazırlayıb, rokokonun üzərinə tökün.

Nuş olsun!
(səs: 3)
Şərhlər: 9
Baxılıb: 6 352
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri