Tort üçün jelenin hazırlanma qaydası + TORT RESEPTİ

Müəllif: YalniZ-ArZu
Şərhlər: 3
Baxılıb: 5 614
Səs ver:
(səs: 1)
Jelenin hazırlanma qaydası, adətən, onun içində olduğu paketin üstündə yazılır. Jelatinin növləri müxtəlif olur. Bəziləri dənəvər, bəziləri toz, bəziləri isə plastinka kimi olur. Bəs yaxşı, paket cırılıbsa, yaxud heç əvvəldən olmayıbsa?

İdealda plastinka jelatini düzgün hazırlamaq qaydası belədir: konditer məhsulunun üstündə əriyib axıb getməməsi üçün jelatini soyuq suda yuyun. Qaynadılmış soyuq suda 2 saat saxlayın. Jelatin şişəcək. Buna şəkər tozu və limon turşusu əlavə edin. Sonra ocağın üstünə qoyun. Qaynara düşəndə üstünün köpüyünü yığın, vam odda daha 5 dəqiqə dayanmadan qarışdıra-qarışdıra bişirin, 40-60 dərəcəyədək soyudun.
Sonra istədiyiniz qida boyasını, sirop və ya aromatizator (vanil essensiyası və s.), həmçinin azca likör əlavə edə bilərsiniz.

Donmamış jeleni nəlbəkilərə tökün (maksimum 1 sm qalınlıqda). Donandan sonra müxtəlif fiqurlar kəsib konditer məhsullarının üstünə yerlƏşdirə bilərsiniz. Yaxud bütöv bir tortun üzərini jele ilə örtmək istəyirsinizsə, korju bişirdiyiniz formanın içinə qida plyonkası çəkin, jeleni içinə tökün. Qalınlığı 3 mm-dən çox olmamalıdır. Bərkiyəndən sonra qida plyonkasının kənarlarından tutaraq jeleni formadan çıxarın. Tortun üzərinə yerləşdirin. (Bu zaman çalışın, jelenin donarkən üstdə olan tərəfi tortun da üzərində yuxarıda olsun. Çünki qida plyonkasına yapışan səthi qırışıqlar səbəbindən hamar olmur). Və təbii ki, jeleni tam donmamış da tortun üzərinə tökmək, sonra soyuducuda dondurmaq olar. Belə tortları isə aşağıdakı qayda ilə hazırlamaq olar.

Jeleli-şaftalılı tort
Tərkibi:

XƏMİR:
2/3 st. un
3 yumurta
1/2 st. şəkər tozu
1 ç.q. qabartma tozu
vanil
kərə yağı (yağlamaq üçün)

JELE:
1 banka şaftalı konservi
300 ml şaftalı şirəsi (siropu)
20 q jelatin
1 ç.q. limon şirəsi
2 ç.q. şəkər tozu

Xəmiri hazırlamaq üçün yumurta, şəkər tozu və vanili qatı köpük alınıb həcmi artana qədər çalın. Sonra tədricən ələnmiş unu və qabartma tozunu əlavə edərək çalın.

Yağlanmış siniyə töküb üzərinə folqa çəkin və 180 dərəcə qızdırılmış sobada təxminən 30 dəqiqə bişirin. Sonra korju sobadan çıxarıb soyudun. Üst hissəsini kəsin. Divarlarını və dibini zədələmədən içini oyub çıxarın.

Jele hazırlamaq üçün şaftalı şirəsinin içinə jelatin töküb qarışdırın, 30 dəqiqə saxlayın. Şaftalı konservini blenderdə əzin (bir-ikisini bəzək üçün saxlayın). Sonra buraya şəkər tozu, limon şirəsi əlavə edib yenə blenderdə qarışdırın.

Jelatinli məhlulu ocağın üstünə qoyub jelatin tam əriyənədək qızdırın, sonra blenderdəki pürenin içinə töküb yaxşıca çalın.

Hazır jeleni içi oyulmuş korjun içinə tökün, kəsdiyiniz «qapağı» üstünə qoyun. Qalan jeleli püreni üstünə çəkin. Şaftalı dilimləri ilə bəzəyin.

Soyuducuda üç saat saxlayın.
(səs: 1)
Şərhlər: 3
Baxılıb: 5 614
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri