Badımcan dürməyi

Müəllif: QaDiNLaR BiZ
Şərhlər:
Baxılıb: 7660
Paylaş:
Səs ver:
(səs: 4)

Badımcan dürməyi

BADIMCAN BORUCUQLARI

4 porsiya üçün nəzərdə tutulub

Ərzaqlar

2 iri badımcan

8 xörək qaşığı bitki yağı

2 xörək qaşığı mayonez

4 diş əzilmış sarımsaq

½ stəkan xırda doğranmış qoz

1 ½ stəkan xırda doğranmış cəfəri və ya keşniş

 

HAZIRLANMASI

1. Badımcanları qabıqlarını soymadan ½ santimetr qalınlığında uzunsov dilimlərə kəsın. Asağıdakı 1 üsuldan birini istifadə edərək bacımcanların acısını çıxardın.

A) Badımcanı bir qaba yığın və üzərinə təxminən 2 xörək qaşığı duz səpin. Üzərınə ağırlıq (qapaq və ya qab) qoyun və qoyun 30 dəqiqə müddətində kənarda qalsın. Sonra badımcanları yuyun, yaxşıca süzün və qalın salfet və ya kağız dəsmalla (paper towel) qurulayın.

B) Badımcan dilimlərini su doldurulmuş dərin bir qaba və ya ləyənə qoyun, üzərınə ağırlıq (qapaq və ya qab) qoyun. 30 dəqəqə müddətində kənarda qalsın. Sonra badımcanları yaxşıca süzün və qalın salfet və ya kağız dəsmalla (paper towel) qurulayın. 2. Tavada yağı qızdırın. Badımcan dilimlərinin hər iki tərəfini təxminən 5 dəqiqə ərzində qızardın. Tavadakı yağ azaldısa, bir qədər yağ əlavə edin. Badımcanları tavadan çıxardın və üzərinə salfet sərilmiş dəyaz qaba yığıb təxminən 5 dəqəqə müddətində yağını süzdürün.

VARİASİYA: Badımcan dilimlərini sobada da qızartmaq olar. Bunun üçün folqa kağızını azca zeytun yağıyla yağlayın. Dilimləri folqanın üstünə düzün və üzərlərinə azca zeytun yağı sürtün. 230C-lik sobada təxminən 20-25 dəqiqə və ya üstü qızaranadək bişirin. Bu müddət ərzində dilimləri digər tərəfinə çevirin ki, hər iki tərəf eyni qızarsın. 3. Dilimlər bir az soyuduqdan sonra, hər birinin uzərinə (bir tərəfinə) təxminən 1 çay qaşığı mayonez sürün, bunun da üzərinə əzilmiş sarımsaq, qoz və bol-bol göyəri sərpişdirin. Dilimləri rulet şəlkində qatlayın. Nuş Olsun!

 

Redakte etdi: PRETTY GİRL


loading...
(səs: 4)
Şərhlər:
Baxılıb: 7660
Geriyə
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

Müzakirələr

Azərbaycanım

Xəbər lenti

Astrologiya

Ən çox oxunanlar

Səsvermə

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 

Qadın testləri

Aylıq arxiv