İspanaqlı pendirli börək

Müəllif: Mr. OffiCeR
Şərhlər: 1
Baxılıb: 10 391
Səs ver:
(səs: 1)

Vəsaitləri:
5 yuxa
Yarım kq. ispanaq
1 ədəd soğan + 3 yemək qaşığı zeytunyağı
150 qr yağsız ağ pendir
1 yumurta
1 çay stəkanı zeytunyağı
1 çay stəkanı su
Qara bibər
Duz
Hazırlanması:
İspanaqları yuyub, kiçik-kiçik doğrayın. Böyük bir qaba qoyub, üzərinə duz, qara bibər səpin.
Soğanı üç yemək qaşığı zeytunyağında qovurun, dərhal ispanaqların üzərinə töküb, yaxşıca qarışdırın (qovrulmuş soğanlar ispanağın yumşalmasını təmin edir).
Yumurta, zeytunyağı, su və bir az duzu çırpın.
Yağladığınız nimçəyə bir yuxanı kənarları xaricə sallanacaq şəkildə yayın. Üzərinə yağlı qarışığınızdan sürtün. 1,5 yuxanı parça-parça bölüb, bütün yuxanın üzərinə döşəyin.
Təkrar yağlı qarışımdan sürtüb, ispanaqlı qarışımınızı nimçənin hər tərəfinə yayın. Əzdiyiniz pendiri səpin. Təkrar 1,5 qat yayıb, yağlı qarışımdan istifadə edin. Geri qalan yuxanın ortasını bir əlinizlə tutub, nimçədən xaric olan kənarları qopardın və nimçəyə yayın. Yağı sürtün. Qalan bütün hissəni yayın. Ən altdan sallanan kənarları içə qatlayın. 180 dərəcə isidilmiş sobada qızarana qədər bişirin.
İspanaqlı pendirli börək artıq hazırdır, nuş olsun!
(səs: 1)
Şərhlər: 1
Baxılıb: 10 391
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri