Qırmızı mərcimək topları

Müəllif: Pure Love
Şərhlər: 1
Baxılıb: 8 093
Səs ver:
(səs: 0)

Türkiyəli xanımların 5 çayına hazırladıqları operativ qəlyanaltı çeşidlərindən biridir. Qırmızı mərciməkdən hazırlanır. Çox ləzzətlidir.

Türk mətbəxindən öyrəndiyim ilk təriflərdən biridir. Bəyənərək hazırlayıram. Sizin də bəyənəcəyinizdən əminəm.

8-10 nəfərlik Bişmə müddəti 15-20 dəqiqə

İçindəkilər:

  • 2 stəkan qırmızı mərcimək
  • 1,5 stəkan incə bulqur
  • 3 baş quru soğan
  • 3-4 qaşıq duru yağ
  • 2 çay qaşığı qırmızı pul bibər
  • yarım dəstə şüyüd
  • yarım dəstə cəfəri
  • 6-7 dəstə təzə yaşıl soğan
  • 1 yemək qaşığı tomat

Hazırlanması:

Mərciməyi təmizləyib, yuyun; 3-4 stəkan su qoyub qaynadın. Soğanı incə doğrayıb yağda çox az – 1 dəqiqə qədər qovurun. Yaşıl soğanı, şüyüdü, cəfərini təmizləyib incə doğrayın. Bu arada incə bulquru ağzı qapaqlı bir qaba qoyun. Mərcimək bişdikdən sonra mərciməyi isti-isti bulqurun üzərinə tökərək qarışdırıb qapağı örtün və 10 dəqiqə gözlədin. Mərciməyin istisi bulquru bişirib qabardacaqdır.

Bulqur qabardıqdan sonra qovrulmuş soğan, duz, qırmızı bibər, qara bibər, tomatı qoyub qarışığı əllə yoğurun.

Son olaraq yaşıl soğan, cəfəri, şüyüd qatıb təkrar yoğurun. Ovuc içinə alaraq top şəklində sıxın və sırayla servis tabağına düzün.

(səs: 0)
Şərhlər: 1
Baxılıb: 8 093
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri