Toyuqlu taco resepti (Meksika mətbəxi)

Müəllif: NoName
Şərhlər:
Baxılıb: 3159
Paylaş:
Səs ver:
(səs: 6)
Tərkibi:
2 ədəd toyuq sinəsi
1/4 qırmızı kələm və ağ kələm
1/4 kahı
30 qram cheddar pendiri
1 çay qaşığı kəklikotu
3 ədəd taco
1 xörək qaşığı sour cream sous
1 su stəkanı arus plovu, duz

Sour cream sous üçün:
1 su stəkanı krem
5 xörək qaşığı limon suyu
2 su stəkanı qatıq
2 diş sarmısak,
Duz

Arus plovu üçün:
1 su stəkanı düyü
3 xörək qaşığı duru yağ
Bir yarım su stəkanı su
1 çay qaşığı pomidor tomatı
15 qram toyuq bulyon
1 çay qaşığı ağ istiot
1 ədəd xırdalanmış sarmısaq
Doğranmış yarım soğan

Hazırlanması:
Əvvəlcə sour cream sousu hazırlayın. Çırpma teli və ya mikser ilə krem və limon suyunu köpüklənənə qədər çırpın. Qatıq, xırdalanmış sarmısaq və duz əlavə edib, yenidən çırpın.
Arus plovu üçün düyüsü duru yağda qovurun. Ayrı bir qazanda su, sous, toyuq bulyon, ağ istiot, sarmısaq və soğanı yaxşıca qaynadın. Düyünü əlavə edib, ocağın altını azaldın. Qazanın qapağını bağlayıb, hərdənbir qarışdıraraq bişməyə qoyun.
Toyuqları qızartmada önlü arxalı qızardıb, kub-kub doğrayın. Qırmızı kələm, ağ kələm və kahını incə doğrayın. Bir tavaya əlavə edib üzərinə toyuq əti, cheddar pendiri, kəklikotu və duz əlavə edib tavada qızardın. Bişən içliyi tavadan götürüb, yumşaq tacoların içinə pay edib sarıyın. Yenidən tavaya qoyub, qızardın. Sour cream sous və arus plovu ilə servis edin.

Nuş olsun!

loading...
(səs: 6)
Şərhlər:
Baxılıb: 3159
Geriyə
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

Müzakirələr

Azərbaycanım

Xəbər lenti

Astrologiya

Ən çox oxunanlar

Səsvermə

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınla.Com həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 

Qadın testləri

Aylıq arxiv