Pojarski kotletləri resepti

Müəllif: Mr. OffiCeR
Şərhlər: 7
Baxılıb: 4 462
Səs ver:
(səs: 2)
Bu reseptin tarixini XIX əsrlə bağlayırlar. Bir neçə versiyası var. Onlardan birinə görə, Böyük Knyaz kraf Pojarskiyə qonaq gəlir. Həmin vaxt qrafın mətbəxində mal əti olmadığından, o, aşpaza quş ətindən kotlet hazırlamağı əmr edir. Sonradan da kotletləri onun şərəfinə Pojarski adlandırırlar.

Tərkibi:
500 q toyuq budu
100-150 q bəyaz çörək
1 st. süd və ya qaymaq
1 yumurta
3-4 x.q. kərə yağı
duz
narın suxarı
100 q bitki və ya kərə yağı (qızartmaq üçün)

Hazırlanması:
Toyuğu yuyub suyunun çəkilməsini gözləyin, əti sümükdən ayırın.

Bəyaz çörəyi süddə və ya qaymaqda isladın. Şişəndən sonra sıxın.

Toyuq ətini isladılmış çörəklə birlikdə ət maşınından keçirin.

Duz, əridilmiş kərə yağı, yumurta əlavə edib yaxşıca qarışdırın.

Kiçik kotletlər tutun, narın suxarıya batırıb hər iki üzünü bitki və ya kərə yağında qızardın.

Nuş olsun!
(səs: 2)
Şərhlər: 7
Baxılıb: 4 462
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri