Tərkibi:
2 st. un
1 yumurta
150 q kərə yağı
150 q şəkər tozu
çay qaşığının ucunda duz
iç:
300 q qoz ləpəsi
100 q fıstıq
3 x.q. kərə yağı
1,5 st. 15%-li qaymaq
1 yumurtanın sarısı
Hazırlanması:
Yumşaldılmış
yağı şəkər tozu və duzla çalın, 1 yumurta, sonra isə tədricən unun
hamısını əlavə edərək xəmir hazırlayın. Üzərinə dəsmal çəkib 1 saat
soyuducuda saxlayın.
Qoz ləpəsini bıçaqla xırdalayın.
Fıstığı da xırdalayın.
Kərə
yağını tavada əridin, şəkər tozu əlavə edərək karamelizə edin,
doğranmış qozla fıstığı əlavə edib yaxşıca qarışdırın. Soyudun. Qaymağı
əlavə edin.
Soyuyub
bərkimiş xəmiri çıxarıb iki yerə bölün. Birini yayıb yağlanmış formaya
döşəyin. Üzərinə içi bərabər yayın. Xəmirin ikinci hissəsini yayıb
üzərinə çəkin. Kənarlarını birləşdirin (iç bişəndə axmasın).
Üzərinə çalınmış yumurta sarısı çəkin.
200 dərəcə qızdırılmış sobada 40 dəqiqə bişirin.
Süfrəyə soyuq süd və dondurma ilə verə bilərsiniz.