GÜRCÜ YEMƏYI

Müəllif: Mr. OffiCeR
Şərhlər: 4
Baxılıb: 18 525
Səs ver:
(səs: 2)

GÜRCÜ YEMƏYI

Bu gün qonşu ölkə Gürcüstana ləzzət səyahətinə çıxırıq. Çox ləzzətli toyuq yeməyiylə. Adı çaxoxbilidir. Bir qədər bizim toyuq çığırtmasını hatırladır, amma yenə də özünə məxsus fərqi və ləzzəti var. Dadını yazmaqla izah etmək çox çətindir. Bişirin görün.

Çaxoxbili əslində qırqovuldan hazırlanır. Amma müasir Gürcü mətbəxində toyuq ilə əvəz olunur. Qırqovulla çaxoxbilinin hazırlanması eyniylə aşağıdakı kimidir.

6-8 porsiya üçün nəzərdə tutulub:

2 qaşıq ərinmiş kərə yağı və ya duru yağ

1 toyuq (təxminən 1 kg 500 q) - 10 tikəyə bölün (mən burada hərdən sümüksüz bud ətindən istifadə edirəm)

4 ədəd orda boy soğan - doğrayın

8 ədəd orta boy pomidor - soyun və iri-iri doğrayın

3 diş sarımsaq - soyun və xırda-xırda doğrayın

təxminən yarım stəkan doğranmış göyərti qarişığı (keşniş, cəfəri, tərxun, reyhan, şüyüd)

bir çimdik qırmızı acı toz-bibər (zəruri deyil, mən istifadə etmirəm)

duz

istiot

Hazırlanması:

1. Yağı iri tavada əridin. Toyuğu əlavə edib yağda hər tərəfini bir az qızardın (çox qızarmasın). Soğanı tavaya əlavə edib, 10 dəqiqə hərdən qarışdıra-qarışdıra bişirin.

2. Pomidoru əlavə edib, qapağını örtün və 30 dəqiqə ərzində, yaxud toyuq bişənə qədər bişirin.

3. Sarımsaq, göyərti, acı bibər, zövqə görə duz-istiotu əlavə edin. Qapağı yenidən örtün və 5 dəqiqə də bişirin. Yemək hazırdır. Çörəklə süfrəyə verin.

Nuş olsun!

Redakte etdi: PRETTY GİRL

(səs: 2)
Şərhlər: 4
Baxılıb: 18 525
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri