Balqabaq kotleti

Müəllif: Pure Love
Şərhlər: 8
Baxılıb: 3 045
Səs ver:
(səs: 0)
Tərkibi:
0,5 kq qabığı soyulmuş balqabaq
2 yumurta
10 x.q. un
duz
istiot
zirə
2 diş sarımsaq
0,5 dəstə cəfəri

Sous:
4 pomidor
2 diş sarımsaq
1 qəhvə fincanı bitki yağı
reyhan
yarım dəstə cəfəri
1 st. sürtgəcdən keçirilmiş holland pendiri

Hazırlanması:
Qabığı soyulmuş balqabağı duzlu suda bişirin, süzüb püre halına salın. Yumurta, un, duz, istiot, zirə, döyülmüş sarımsaq, xırda doğranmış cəfərini əlavə edib qarışdırın.
Bir qazana su tökün, duz əlavə edib qaynadın. Qaynara düşəndə qaşıqla balqabaqlı qarışıqdan götürüb qaynar suya salın. Kotletlər suyun üzərinə çıxandan 5 dəqiqə sonra kəfkirlə götürüb boşqablara çəkin.

Sous: pomidoru sürtgəcdən keçirin, əzilmiş sarımsaq, bitki yağı, xırda doğranmış reyhan (yaxud qurusu), cəfəri əlavə edib suyunu çəkənədək bişirin.
Bu sousu kotletlərin üzərinə gəzdirin. Üzərinə sürtgəcdən keçirilmiş holland pendiri səpin.
Göstərilən sous əvəzinə sarımsaqlı qatıqdan da istifadə edə bilərsiniz.

Nuş olsun!
(səs: 0)
Şərhlər: 8
Baxılıb: 3 045
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri