Vafli ilə sosiska kotletləri

Müəllif: Pure Love
Şərhlər: 6
Baxılıb: 1 662
Səs ver:
(səs: 0)
Tərkibi:
1 bağlama tort üçün vafli
0,5 kq sosiska
1 yumurta
5 kartof
duz
bitki yağı

Hazırlanması:

Kartofu təmizləyib suda bişirin, duz qatıb püre halına salın. Kərə yağı da qata bilərsiniz. Püre quru olmamalıdır, əks halda vafli layı qırıla bilər.
Vafli layının üzərinə qaynar kartof püresini çəkin. İki dəqiqə saxlayın, vafli layı yumşalsın (amma diqqət edin, lap yumşalıb əzilib-tökülməsin).
Sosiskaları enli tərəfdən kartofun üzərinə düzün, rulet kimi bükün.
Ruleti 3 sm enində doğrayın.
Yumurtanı çalın, azca duz vurun.
Rulet dilimlərini yumurtaya batırıb bitki yağında hərtərəfli qızardın.
Süfrəyə isti-isti verin. Üzərinə sürtgəcdən keçirilmiş pendir və doğranmış göyərti səpə bilərsiniz.

Nuş olsun!
(səs: 0)
Şərhlər: 6
Baxılıb: 1 662
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri