Lahmacun resepti

Müəllif: arzum-aysum
Şərhlər: 7
Baxılıb: 4 260
Səs ver:
(səs: 0)
Xəmir üçün lazım olan ərzaqlar:
4 stəkan un
4 ç/q duz
6 qr maya
1 ç/q şəkər tozu
0,5 stəkan ilıq su
300 qr qatıq

Üstü üçün lazım olan ərzaqlar:
500 qr dana qiyməsi (qabırğa hissəsi olsa daha yaxşı olar)
2 ədəd pomidor
2 ədə yaşıl bibər
yarım dəstə cəfəri
2 ədəd orta ölçüdə soğan
1 yemək qaşığı bibər pastası
yarım stəkan duru yağ
duz
istiot
pul bibər (zövqə görə)

Əlavə ərzaqlar:
cəfəri
limon

Hazırlanma qaydası
Stəkan götürülür. İçinə maya, 1 ç/q şəkər tozu, 1ç/q un tökülüb qarışdırılır. Üzərinə yarım stəkandan az ilıq su əlavə olunub qaşığın köməyi ilə həll olunub isti yerə qoyulur (mayanın qalxmağı üçün). Maya qalxdıqdan sonra qaba tökülür, üzərinə un, duz, 0,5 stəkan ilıq su, qatığ əlavə edilib xəmir yoğrulur (xəmir ələ yapışmayan, yumuşaq xəmir olmalıdır). Xəmirin üzərinə nəm dəsmal örtülüb 30 dəqiqə kənarda saxlanılır ( 30 dəqiqə ərzində üstü üçün əti hazırlayırıq) . Ət, pomidor, bibər, cəfəri, soğan ət çəkən maşından keçirilir. Üzərinə duru yağ, bibər pastası, duz, istiot, pul bibər vurulub yaxşı qarışdırılır. Xəmirdən kiçik kündələr hazırlanır. Oxlovun köməyi ilə 0,5 sm qalınlığında yuxa açılır. Tavanın içi unlanır. Yuxa tavaya qoyulur. Hazırladığımız ətdən, yuxanın üstünə qoyub əlimizlə bərabər şəkildə yayılır. Əvvəlcədən isidilmış 210 dərəcə sobada 10-15 dəqiqə bişirilir (xəmirin qıraqları qızardıqda sobadan çıxardılır) . Süfrəyə verərkən yanında limon və cəfəri verilir.

Nuş olsun!
(səs: 0)
Şərhlər: 7
Baxılıb: 4 260
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri