Kərəviz şorbası resepti

Müəllif: YalniZ-ArZu
Şərhlər: 4
Baxılıb: 2 931
Səs ver:
(səs: 1)
Tərkibi:
2 ədəd orta boy kök kərəviz
1 ədəd böyük boy baş soğan
1 ədəd orta boy yerkökü
2 diş sarımsaq
1 ədəd limon suyu
2 yemək qaşığı zeytun yağı
3 su stəkanı qaynar su
1 çay qaşığı duz
1/2 çay qaşığı təzə çəkilmiş dənə istiot

Hazırlanması:
Soğan və sarımsaqları incə incə doğrayın.

Yerkökü və kərəviz qabığını soyun və incə nazik dilimləyin.

Bir qazanının içinə zeytun yağını qoyun və qızdırın. Soğan, sarımsaq, yerkökü və kərəvizi qazanının içində qovurun.

Qovurma əməliyyatının ardından içinə suyunu əlavə edin və qaynadın.

Bu prosesin ardından şorbanı blenderdən keçirin və hamar bir konsistensiya gələnə qədər qarışdırmağa davam edin.

Son olaraq içinə ədviyyatları qoyun və servis edin.

Nuş olsun!
(səs: 1)
Şərhlər: 4
Baxılıb: 2 931
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri