Balqabaq şorbası resepti

Müəllif: YalniZ-ArZu
Şərhlər: 9
Baxılıb: 2 826
Səs ver:
(səs: 0)
Tərkibi:
1 ədəd yerkökü (Kub doğranmış)
1 ədəd iri baş soğan (İncə doğranmış)
2 diş sarımsaq (İncə doğranmış)
4 yemək qaşığı maye yağ
1 parça zəncəfil (Qoz böyüklüyündə və incə doğranmış)
1 ədəd orta boy kartof (Kub doğranmış)
300 q balqabağı (Kub doğranmış)
1 ədəd yaşıl alma (Kub doğranmış)
1.5 lt (7.5 su stəkanı) su və ya ət suyu
Duz, təzə çəkilmiş istiot
Yarım dəstə şüyüd (İncə qıyılmış)
1-2 yemək qaşığı qaymaq

Hazırlanması:
Maye yağı qazanda qızdırıb soğanı əlavə edin, rəngi dönənə qədər qovurun. Yerkökü əlavə edin. 5 dəqiqə qarışdırandan sonra kartofu, sarımsaqları, bal qabaqlarını, alma və zəncəfil parçalarını da əlavə edib yenidən qarışdırın. Tərəvəzlərin üzərinə qaynar su və ya ət suyunu tökün. Yüksək odda 5 dəqiqə bişirdikdən sonra odu bir az azaldın. Qazanının qapağını bağlayıb yarım saat bişirin. Şorbanı ocaqdan almadan bir neçə dəqiqə əvvəl damaq dad görə duz və təzə çəkilmiş istiot əlavə edin, blenderdə əzərək püre halına gətirin. Şorbanı təkrar ocağın üzərinə alın. Bir neçə dəqiqə qaynadıb ocaqdan götürün. Ən son incə qıyılmış şüyüd əlavə edin. Qarışdırıb süfrəyə kasalara bölüşdürün. Üzərinə qaymaq gəzdirib isti xidmət edin.

Nuş olsun!
(səs: 0)
Şərhlər: 9
Baxılıb: 2 826
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri