Badam şorbası resepti

Müəllif: YalniZ-ArZu
Şərhlər: 4
Baxılıb: 1 362
Səs ver:
(səs: 0)
Tərkibi:
500 ml. Pasterizə edilmiş süd
100 ml. Ət suyu
50 qram diri badam
100 qram toz badam
1 ədəd acı badam
5 qram duz
40 qram un
1/4 çay qaşığı rəndələnmiş muskat qozu

Xidməti üçün;
2 yemək qaşığı nar dənəsi

Hazırlanması:
Dərin bir qazanının içinə süd və ət suyunu alıb qaynayana qədər ağzını bağlayın.

Bu zaman qabığı təmizlənmiş, dənə halında çiy badamları, bir ədəd acı badamla birlikdə mətbəx robotundan toz halına gələnə qədər çəkin.

Qaynayan süd qarışığından bir miqdar alıb qarışdırma prosesinə davam edin.

Acı badam və çiy badam dadını alan az miqdarda südlü ət suyunu bir tənzif köməyi ilə süzüb, şorba qazanına boşaldın. Toz badam əlavə etdiyiniz şorba qarışığını zəif odda qaynadın.

Üzərinə əlavə etdiyiniz unla bağladığınız şorba qarışığını duzunu əlavə etdikdən sonra 10 dəqiqə zəif odda bişirməyə davam edin.

Bişən şorbanı kasaya alıb üzərinə badam dənələri və narla birlikdə xidmət edə bilərsiz.

Nuş olsun!
(səs: 0)
Şərhlər: 4
Baxılıb: 1 362
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri