Qulançar şorbası resepti

Müəllif: YalniZ-ArZu
Şərhlər: 2
Baxılıb: 1 854
Səs ver:
(səs: 0)
Tərkibi:
450 qram qulançar
2,5 su stəkanı toyuq suyu
2,5 su stəkanı süd
1 ədəd dəfnə yarpağı
1 diş sarımsaq
1,5 yemək qaşığı un
1 çay qaşığı rəndələnmiş limon qabığı
1 çay qaşığı rəndələnmiş muskat qozu
35 qram kərə yağı
1 şirin qaşığı duz
1 budaq təzə kəklikotu

Hazırlanması:
Dərin bir qazanının içinə toyuq suyunu, qulançarı, kəklikotu, dəfnə yarpağı və rəndələnmiş sarımsağı əlavə edib yaxşı qarışdırın.

Qaynamağa qoyduğunuz şorbanın qapağını örtün və 10 dəqiqə qaynadın.

Ocaqdan götürüb, qapağını örtün və 10 dəqiqə istirahəti üçün buraxın.

İçinə atdığınız dəfnə yarpağını çıxarın və mətbəx robotundan keçirərək hamar hala gətirin.

Qazana un və südü qoyub qarışdırandan sonra rəndələnmiş muskatı qatın.

Hazırladığınız püreni qazana əlavə edin və qaynamağa buraxın.

Qaynamağa başladıqdan 5 dəqiqə sonra bir az təzə kəklikotu yarpağı, kərə yağı, duz və rəndələnmiş limon qabığı əlavə edin.

Bir buğum bişirdikdən sonra servis edin.

Nuş olsun!
(səs: 0)
Şərhlər: 2
Baxılıb: 1 854
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri