Qaziantep mətbəxindən Mahlıta şorbası resepti

Müəllif: YalniZ-ArZu
Şərhlər: 2
Baxılıb: 1 533
Səs ver:
(səs: 0)
Mahlıta şorbası, Qaziantep mətbəxinin yerli yeməklərindən biridir. Konsistensiyası doyurucu olan bu şorbanı yalnız 20 dəqiqədə bişirə. İçərisində olan bol vitaminli qidalar sayəsində bədəninizdəki mikroblarla savaşan ləziz şorbadır.

Tərkibi:
2 su stəkanı qırmızı mərci
5 diş sarımsaq
1 ədəd badımcan
8 su stəkanı su
2 çay qaşığı limon duzu
6 yemək qaşığı duru yağı
Kifayət qədər duz
1 yemək qaşığı qırmızı toz bibər
2 yemək qaşığı quru nanə

Hazırlanması:
Mərciləri bol suyun içərisində yuyun. Daha sonra suyunu süzdürün. Suyu şəffaflaşana qədər bu əməliyyatı təkrar edin.

Soyduğunuz sarımsaqları əzin. Badımcanları alabəzək bir şəkildə soyub acı suyunun çıxması üçün 30 dəqiqə duzlu suda gözlədin. Daha sonra 1 sm bərabər ölçülərdə kub şəklində doğrayın.

Dərin bir qazanının içinə mərciləri alın, üzərinə su əlavə edərək qaynadın. Qatnadıqdan sonra badımcanları əlavə edin. Yumşalana qədər zəif odda 15 dəqiqə bişirin.

Sarımsağı, limon duzunu və duzu əlavə edin və qarışdırın. Zeytun yağı, qırmızı istiot və nanə bir tavada yaxın şorbanın üzərinə gəzdirin.

Bir dəfə qarışdırandan sonra servis edin.

Nuş olsun!
(səs: 0)
Şərhlər: 2
Baxılıb: 1 533
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri