Gicitkən şorbası

Müəllif: Pure Love
Şərhlər: 1
Baxılıb: 3 038
Səs ver:
(səs: 0)

 

Lazım olanlar:

  • 2 qaşıq qarğıdalı unu
  • 1 qaşıq buğda unu
  • 1 soğan
  • 1 qaşıq kərə yağı
  • 1 kasa gicitkən
  • 1 dəstə kereviz yarpağı
  • 2-3 zoğ təzə sarımsaq,
  • kərəyağı və duru yağ
  • su
  • duz.

Hazırlanması:

Kərə yağını və duru yağı qazana qoyun. İncə-incə doğranmış soğanı bu yağda qızardın. Sonra buna qarğıdalı ununu və buğda ununu əlavə edib qovurmağa davam edin.

Üzərinə soyuq su əlavə edin, yavaş-yavaş qarışdıraraq qaynadın. Şorba qatılaşmağa başlayandan sonra, incə-incə doğranmış gicitkənin yarpaqlarını, sarımsaq zoğlarını və kərəviz yarpaqlarını əlavə edin. Bir az qaynadın və şorbamız servis üçün hazırdır.

(səs: 0)
Şərhlər: 1
Baxılıb: 3 038
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri