Balıq şorbası resepti

Müəllif: Sweet Candy
Şərhlər: 8
Baxılıb: 726
Səs ver:
(səs: 0)
Tərkibi:
4 ədəd balıq,
2-3 dənə kartof,
2-3 dənə kök,
2 ədəd şirin bibər,
1 ədəd pırasa.
1 quru soğan,
1 qəhvə fincanı düyü,
1 ədəd enginar,
1 ədəd kərəviz,
5-6 ədəd cəfəri,
-5 dəfnə yarpağı,
2 stəkan süd,
1 qəhvə fincanı un,
1 limonun suyu,
2 yumurta,
zeytunyağı,
sirkə,
bir neçə diş sımsaq,
duz,
istiot,
kəklikotu,

Hazırlanması:
Dərin bir qazanın içinə 8-10 stəkan su qoyun və içərisinə bir az duz əlavə edib qaynamağa qoyun.
Yaxşı təmizlənmiş balıqları baş və sümükləri ilə birlikdə bişirmə süzgəcinin içində qazana yerləşdirin.
İri bir neçə parça halında kəsilmiş kartof , soğan və kökləri qaynayan qazana əlavə edin.
Ancaq tərəvəzləri bişirmə süzgəcinin içərisinə atmayın.
İncə doğranmış bibər və pırasanı, küp-küp doğranmış enginar və kərəvizləri, dəfnə yarpaqlarını, kərəviz saplarını, kəklikotunu da bişirmə süzgəcinin kənarına yerləşdirin.
Suda bir neçə dəfə yuyulub süzülmüş , nişastası təmizlənmiş düyünü də əlavə edin.
Balıqları səbzələrlə dolu qaynayan qazandayarım saat qaynadın.
Aradabir üzərinə yığılan köpüyü təmizləyin.
Tel süzgəc içərisindəki balıqları kənara alıb soyumağa qoyun.
Soyuyan balıqların ağ ətlərini qılçıq qalmayacaq şəkildə əzmədən didib tökün.
Yumşalana qədər qaynayan tərəvəzlər olan qazanı bir kənara alın.
Qazanda olan dəfnə yarpaqlarını və kərəviz saplarını çıxardın və tərəvəzlər olan qazanın suyunu kəfgirlə süzün.
Tərəvəzləri əzərək püre halına salın.
Daha sonra bütün ərzaqları bir qazana yığın.
Qazana zeytun yağı qoyub qızmağa başlayınca unu əlavə edibiyi çıxana qədər unu qovurun.
Kənara qoyduğunuz süzülmüş tərəvəzli sudan 6 stəkan suyu yavaş–yavaş əlavə edib un topaclanmayacaq şəkildə 4-5 dəqiqə davamlı qarışdırın.
Püre halında olan tərəvəzləri, ardından 2 stəkan südü, ən sonunda isə didilmiş balıqları əlavə edib vam odda qaynadın.
10 dəqiqə qədər bütün ərzaqları qaynadın.
Yumurta və limon suyunu birlikdə cırpın.
Qaynamaqda olan sudan az-az qaşıqla qazana tökün.
5-6 dəqiqə yenə qaynadın
Ocağı söndürdükdən sonra xörəyin üzərinə çox xırda doğranmış cəfəri gəzdirib qapağını örtün.
Yeməyin daha da dadlı olması üçün həvəngdə döyülmüş sarımsağı , istiotu və sirkəni əlavə edin.

Nuş olsun!
(səs: 0)
Şərhlər: 8
Baxılıb: 726
Geriyə
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
Offline
Totu
Baliq sorbasi hec yememisem sadece qizartmasini
31 mart 2020 12:41
8
Offline
Gül.
Baligin birce qizarmis formasini sevirem
29 fevral 2020 11:54
7
Həyatda heç bir zaman başqasına bütün varlığınla güvənmə,çünki heç kim sənə bütün varlığı ilə görünməz!
Offline
Btsarmy;)
Sitat: tatyana
balıgın şorbası hec catmır daa mene,ele bilirem balıq yalnız falqada bişer ve qızardılar

Eyni fikirdeyem))
26 fevral 2020 21:35
6
-^Gozlerin Gözlerimin Gozlediyi Gözleri Gözleseydi Gözlerin Gözlerimle Göz-Göze Gelerdi...✌
Offline
kivircik
Sitat: tatyana
balıgın şorbası hec catmır daa mene,ele bilirem balıq yalnız falqada bişer ve qızardılar

Mence de))
25 fevral 2020 23:19
5
Az shikayet,chox shukur- seni mutluluga goturur!
Offline
krisa
Baliq sorbasin cox sevirem.Amma bu resepti sevmedim. Sorbaya cox erzaq gedir.Men sade baliq sorbasi edirem.Qizim da xoslayir,amma yoldasim yemir. Cox teessüf.
25 fevral 2020 22:24
4
Offline
Army_Blink
Sitat: tatyana
balıgın şorbası hec catmır daa mene,ele bilirem balıq yalnız falqada bişer ve qızardılar

eyni fikirdeyem.
25 fevral 2020 18:40
3
Offline
tatyana
balıgın şorbası hec catmır daa mene,ele bilirem balıq yalnız falqada bişer ve qızardılar
25 fevral 2020 18:07
2
ALLAHIM VERDİYİN SEBRİME ŞÜKÜRLER OLSUN
Offline
BARBI
Baliq sorbasi hec sevmirem.Menlik deyil
25 fevral 2020 15:04
1
Canımı yaktıktan sonra, hiç birşey olmamış gibi helallik isteyenler! Cehennemde yandığınızı görsem üzerinize benzin dökerim... !

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Ən çox oxunanlar

Səsvermə

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınla.Com həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 

Qadın testləri