Minestrone şorba resepti

Müəllif: NoName
Şərhlər: 13
Baxılıb: 1534
Paylaş:
Səs ver:
(səs: 1)
Tərkibi:
450 qr konservləşdirilmiş ağ lobya
150 qr (və ya 7 zolaq) bekon (donuz basdırması)
2 ədəd orta ölçülü kartof
3-4 ədəd kərəviz saplağı
1 ədəd iri baş soğan
1 ədəd acı bibər
1 ədəd qırmızı şirin bibər
1 ədəd yunan qabağı (kabaçok)
125 qr qabıqlı lobya
250 ml yaşıl noxud (təzə və ya dondurulmuş)
2 ədəd iri pomidor
800 ml tomat şirəsi və ya konservləşdirilmiş qabıqsız pomidor
2 diş sarımsaq
12 ədəd təzə reyhan yarpağı
60 ml zeytun yağı
duz
təzə əzilmiş qara istiot
parmesan pendiri (və ya İsveçrə pendiri)

Hazırlanması:
Minestrone italya mətbəxində pizza kimi tez-tez hazırlan ənənəvi yeməkdir. Mövsümi tərəvəzlərdən ibarət olan minestronenin tərkibində həmçinin makaron və ya düyü olur. Bundan əlavə bu şorba həm veqetarian üsulunda həm də tərkibində ət olmaqla hazırlana bilər. Olduqca dadlı və faydalı şorbadır.

1 İnqredientlər.
2 Bütün tərəvəzlər xırda kubik şəklində doğranılır. Acı bibər tumlarından təmizlənir və həmçinin xırda doğranılır.
3 Tərəvəzlər iki qarışıq kütlələrə bölünür. Birinci qarışıq: soğan, kərəviz, acı bibər.
4 İkinci qarışıq: kartof, şirin bibər, yaşıl noxud, qabıqlı lobya, yunan qabığı.
5 Bekon doğranılır.
6 Qazanda zeytun yağı isidilir və bekon əlavə edilir. Bir neçə dəqiqə orta odda qızardılır, diqqət yetirin ki bekon sadəcə yağlarını əritsin, tam qızarmasın. Zövqə görə bu şorbanı ətsiz də bişirmək olar, lakin bekonla daha dadlı alınır.
7 Birinci qarışıq qazana əlavə edilir və üzərinə sarımsaq əzilir. Az odda 10 dəqiqə pörtlədilir.
8 Bu arada pomidorlar təmizlənir. Xaç şəklində kəsiklər edilib qaynar suya əlavə edərək 3 dəqiqə saxlanılır.
9 Sonda sudan çıxarıb qabığı təmizlənir.
10 Tam əzmə şəklində olana qədər pomidorlar blenderdən keçirilir.
11 Pomidorlar qazana əlavə edilərək 5 dəqiqə bişirilir.
12 Konservləşdirilmiş pomidordan istifadə edirsinizsə, onları blenderdən keçirin. Lakin, əgər siz tomat şirəsindən istifadə edirsiniz, o zaman bu etapı buraxa bilərsiniz.
13 Tomat şirəsi qazana əlavə edilir və 5 dəqiqə daha az odda bişirilir.
14 Qazana ikinci qarışıq əlavə edilir. Daha 5 dəqiqə bişirilir.
15 Lobya əlavə edilir və daha 5 dəqiqə bişirilir.
16 Qaynar su ilə qazan doldurulur. Duz və istiot əlavə edilir. Daha 10 dəqiqə bişirilir. Şorba bir qədər qaynamalıdır. Altı söndürülür. Nəhayət şorba hazırdır! Əsil reseptdə, sonda şorbaya xırda doğranmış spaqetti əlavə edilir, biz əlavə etmədik.
17 Reyhan yarpaqları xırda doğranılır.
18 Süfrəyə verərkən üzərinə doğranmış reyhan və parmesan pendiri əlavə edilir.

Nuş olsun!

loading...
(səs: 1)
Şərhlər: 13
Baxılıb: 1534
Geriyə
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
Offline
Yusif Ulker
bele da yaxsidi
2 aprel 2015 08:50
13
Offline
uliçka
şorba nın heç bir növünü yemirəm, tərkibinidə geç bəyənmədim
24 mart 2015 11:05
12
Həyat kino kimidir,ən marağlı anında bitir
Offline
tatyana
terkibi cox gozel bekonu silsek
23 mart 2015 11:07
11
QELBİMİ PARAMPARCA EDEN İNSANLARIN QELBİNİ ALLAHIMA TAPŞIRDIM.....ALLAHIM SEN BİLEN YAXŞI
Offline
SENSİZ
trip donuz bastirmasi
22 mart 2015 21:06
10
DERDIN NE OLURSA OLSUN,UMUDUN ALLAH OLSUN
Offline
isveç.de
Şorbaı təkcə qış aylarında çox yeyirəm . Məncə təqdim edilən bu şorba reseptidə dadlı olacaq.
22 mart 2015 18:32
9
Mene sual verilse en boyuk dusmenin kimdir? Deyerem Anamin goz yaslari...

Arxamca danismaga davam et,chunki qarsima chixacaq qeder cesur deyilsen...
Offline
emis
cox qarisiqdi icine neler vurulmadi masallah hemde men sorba coxda yeyen deyilem nadir hallarda yeyerem nese beyenemdim tesekkirler
22 mart 2015 16:47
8
Offline
vipbetul
hec menlik deyil
22 mart 2015 15:40
7
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
Offline
my_angel
Terkibinde bekon varsa,men yoxam,teşekkürler,hem de qarışıq reseptdi
22 mart 2015 15:33
6
Yer üzünü günəş işığı örtsə də, qaranlıq kölgələr mütləq vardır,unutmayın...
Offline
Tomris Müslümova
terkibi olduqca zengindi ama biber olan yerde men yoxam
22 mart 2015 15:23
5

Sən sadəcə mənimsən...!
Offline
BARBI
terkibi cox qarisiqdir hem de donuz eti var hec beyenmedim
22 mart 2015 15:16
4
Canımı yaktıktan sonra, hiç birşey olmamış gibi helallik isteyenler! Cehennemde yandığınızı görsem üzerinize benzin dökerim... !
Offline
Wappuw
hazirlayan olsada yesek
22 mart 2015 14:19
3
Ne baxirsan menim kimi mende baxdim senin kimi senede baxarlar menim kimi
Offline
Fialka
İtalyan mətbəxi ilə bizim mətbəx arasında hardasa uyğunluq var bu resepti bəyənmədim səbəb tərkibində bekon olduğuna görə..
22 mart 2015 14:16
2
Offline
Catwoman666
Sekildeki kimi alinacaqsa super olar yeqin dadli da olacaq
22 mart 2015 14:02
1
Viking

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

Müzakirələr

Azərbaycanım

Xəbər lenti

Astrologiya

Ən çox oxunanlar

Səsvermə

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 

Qadın testləri

Aylıq arxiv