Süleymaniye şorbası resepti

Müəllif: Catwoman666
Şərhlər: 6
Baxılıb: 3 740
Səs ver:
(səs: 1)
Tərkibi:
2 su stəkanı qırmızı mərci
2 dəstə ispanaq
200 qr kərə yağı
2 x/q un
2 ədəd kök
1 ədəd pomidor
1 ədəd kartof
3 diş sarımsaq
4 su stəkanı su
3 su stekanı ət suyu
200 qr qiymə
duz, istiot

Hazırlanması:
Qırmızı mərcimək təmizlənir, və duzlu suda yuyulub bir kənara qoyulur. Bütün tərəvəzlər yəni kök, pomidor, soğan, kartof və sarımsaq hamısı rəndələnir. Bundan sonra ispanaq təmizlənir yuyulur, doğranılır və tərəvəzlərlə birgə yağda qovrulur. Sonra üzərinə 3 suyu, stəkanı su əlavə edilib bişirilir.
Başqa bir tavada yağda unu qovurun və üzərinə 1 su stəkanı suyu əlavə edin və dayanmadan qarışdirin.Daha sonra ət suyunu qazana töküb mərciməyi və qovrulmus unu bu suya əlavə edib qaynadın. Qaynayan şorbanın suyuna tərəvəzləri də əlavə edib, qaynamasını davam etdirin. Şorba qaynayan müddətdə digər tərəfdə qiymə duz və istiotu yoğuraraq kiçik küftələr edin və yağda qızardn. Daha sonra küftələri də şorbaya əlavə edib bişirin. Bişirilmə prosesi bitdikdən sonra ailənizinə Suleymaniye şorbasını isti-isti təqdim edə bilərsiz.
 
Nuş olsun!
(səs: 1)
Şərhlər: 6
Baxılıb: 3 740
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri