Yuvalama şorbası resepti

Müəllif: Mr. OffiCeR
Şərhlər: 4
Baxılıb: 2 585
Səs ver:
(səs: 1)
Tərkibi:
Yarım kq noxud,
1 kq yarım yağlı quşbaşı qoyun əti,
2-3 kq qoyun qatığı,
1 yumurta,
1 şorba qaşığı un,
2 şorba qaşığı kərə yağı,
1 şorba qaşığı quru nanə ,
Duz,

Yuvalama üçün:
1 kq düyü,
1 kq yağsız qiymə ,
1 şirniyyat qaşığı istiot,
1 böyük soğan,
Bir az un,
2 yumurta ,
Duz,
Yuvarlamaq üçün zeytun yağı,

Hazırlanması:
Noxudu axşamdan ısladın.
Düyünü axşamdan arıtlayıb yuyun, bir süzgəçdə süzülməyə buraxın.
Ertəsi gün yaxşıca süzülmüş olan düyünü təmiz quru bir bezin üzərinə yayıb azca qurumaya buraxın.
Noxudun ıslanma suyunu süzün, ətlə birlikdə geniş birqazana qoyun.
Üzərini üç dörd barmaq keçəcək qədər su qatın.
Əvvəlcə möhkəm atəşdə bir azca qaynadın. Üzərinə yığılan kəfi kəfgirlə yığın.
Sonra atəşi azaldın vam odda bişirin.
Qapağı qapalı olaraq qısıq atəşdə ağır ağır qaynamağa buraxın.
Düyünü həvəngdə döyərək irmik kimi ufalayın.
Geniş bir siniyə qoyun.
Qıymə, duz və istiotu qatın.
Üzərinə soğanı incə- incə doğrayın.
Bir az unu qatın.
Heç su qoymadan gözəlcə yoğurun. Yumurtaları da əlavə edin.
Təkrar yoğurub siniyə gözəlcə yığın.
Bir qaba zeytun yağı qoyun.
Əlinizi yağa batırıb yaşıl mərciməkdən az daha böyük olacaq şəkildə yuvarlayın.
Hazırladığınızın artığını üst -üstə gəlməyəcək şəkildə bir kənarda gözlədin.
Qurumaması üçün üstünü bir bezlə örtün.
Ətlə noxudun yumaşalması üçün üzərinə bol isti su qoyun.
Bir az da bu suyla qaynadın.
Hazırladığınız köftələri bu qaynar suya atın. Qatığı 1 yumurta, 1 şorba qaşığı un və duzla birlikdə çırpın.
Ayrı bir qazanda qarışdıraraq bir az bişirin.
Bu isti qatığı daha sonra ocaqdakı yuvalama qazanına əlavə edin.
Birlikdə 5-10 dəqiqə daha bişirin.
Ayrı bir qabda kərə yağını əridin.
Ufalanmış quru nanəni əlavə edib həmən ocaqdan alın və yağı qazana əlavə edin. Yuvalamayı, yanında düyü pilovuyla birlikdə servis edin.

Nuş olsun!
(səs: 1)
Şərhlər: 4
Baxılıb: 2 585
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri