Tərkibi: 1 su stəkanı doğranmış göbələk 2 su stəkanı süd 2 su stəkanı su 1 su stəkanı toz badam 1 qaşıq kərə yağı 1 qaşıq duru yağ 1 yumurta sarısı 1 limon suyu 3 qaşıq un
Hazırlanması: Qazana yağ ilə unu qoyun və qovurun. Badam tozunu üzərinə əlavə edin. 1-2 dəfə çevirdikdən sonra göbələk, su və südü əlavə edin. On dəqiqə qaynadın. Ayrı bir kasada yumurtanı limon suyu ilə çırpın və yavaş-yavaş qazana əlavə edin. Bir az qaynatdıqdan sonra qazın üzərindən alın. Nuş olsun!