Xəngəl: Dərin kasada su və yumurtanı çalın. Un və duz əlavə edib bərk xəmir yoğurun. İki yerə ayırıb üzərinə nəm dəsmal çəkin. 20 dəqiqə saxlayın. Sonra oxlovla yayın. 1 barmaq enində uzun şəridlərə doğrayın. Sonra bunları üst-üstə qoyub xırda üçbucaqlar kimi doğrayın. 6 st. suyu qazanda qaynadın. Qaynara düşündə duz vurun. 1 st. xəngəli əlavə edib qaynadın. Qatıqla yumurtanı bir qabda yaxşıca çalın. Xəngəl bişəndə qatıqlı qarışığı nazik axınla əlavə edib taxta qaşıqla qarışdırın. 2 buğum qaynadıqdan sonra ocağı söndürün. Soğanı xırda doğrayıb kərə yağında qovurun. Nanə və pulbibər əlavə edin, qarışdırın. Şorbanın üzərinə gəzdirin, süfrəyə isti-isti verin.