Mannı ilə göbələk şorbası

Müəllif: Pure Love
Şərhlər: 9
Baxılıb: 2 040
Səs ver:
(səs: 0)
Tərkibi:
0.5-1 kq göbələk
700 ml su
400 ml süd
3 baş soğan
2 yerkökü
6-7 kartof
2 x.q. mannı yarması
3 dəfnə yarpağı
1 çimdik kəklikotu
duz
istiot

Hazırlanması:
Soğanı xırda doğrayıb bitki yağında 5 dəqiqə qovurun.

Yerkökünü sürtgəcdən keçirib soğana əlavə edin, daha 7 dəqiqə qovurun.

Kartofu təmizləyib yuyun, sürtgəcdən keçirib soğanla yerköküyə əlavə edin. Kartof yumşalanacan bişirin.

Qazana su tökün. Göbələyi əlavə edib qaynadın.

Süd əlavə edin. Şorba qaynara düşəndə qovurduğunuz tərəvəzi əlavə edin.

Dəfnə yarpağı, duz və ədviyyatı əlavə edin. 7 dəqiqə bişirin.

Tez-tez qarışdıraraq mannı yarmasını nazik axınla əlavə edin ki, lopa qalmasın. Vam odda daha 10 dəqiqə bişirib ocaqdan götürün.

Yarım saat dəmdə saxlayın.

Süfrəyə verərkən üzərinə sürtgəcdən keçirilmiş pendir səpin.

Nuş olsun!
(səs: 0)
Şərhlər: 9
Baxılıb: 2 040
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri