Nanəni xırda doğrayın, qarpız suyu, şəkər tozu, su, darçın, limon şirəsi ilə yaxşıca qarışdırın. Hazırladığınız limonadı da əlavə edib qarışdırın, buz dolabında 1 saat saxlayın.
Badələrə buz parçaları yerləşdirin, üstünə qarpız şərbəti tökün, nanə yarpaqları ilə bəzəyin. Süfrəyə soyuq verin. Nuş olsun!