Ayranın bilinməyən faydaları

Müəllif: aliceWOnDer
Şərhlər: 12
Baxılıb: 4 227
Səs ver:
(səs: 3)
Məlum olduğu kimi ayran,  qədim sərinləşdirici içkilərdən biridir.

Bəs, ayran haqqında nə bilirik? Faydalarını bilirikmi? Gəlin, bu sualların cavablarını birlikdə araşdıraq.
 
Ayran kalsium, kalium və zülal baxımından olduqca zəngindir. Bununla yanaşı; İçində saxladığı A, B12, D, B2 və B6 vitaminləri ilə də bədənimiz üçün olduqca faydalıdır.
Heç bir yan təsiri olmayan nadir içkilərdən biridir. Ayranı əhəmiyyətli edən, içərisində qatıq bakteriyalarının olmasıdır.
B vitamini çatışmazlığı, depressiyaya yol açır. Depressiyanı ayran içərək yenə bilərsiniz.
Bazar ertəsi sindromu yaşayırsınızsa, yuxusuzluq probleminiz varsa, göz altı qaralmalar sizi narahat edirsə, hətta qan azlığınız varsa,ayran için. Çünki bu xəstəliklərin əsasında B və B12 Vitamin çatışmazlığı durur. Ayran, B və B12 vitaminləri ilə zəngin olduğundan, sizə çox yaxşı təsir edəcəkdir.
Ayran, elektrolit baxımından xeyli zəngin bir içəcəkdir.
Beləliklə, bağırsaqların nizamlı işini təmin edir. Əgər həzm sisteminizdə problem varsa: Ayranın müalicəvi təsiri olduğunu unutmayın və mütləq, gündə 1 stəkan için.
Bundan başqa, orqanizmin maye axınını tarazlaşdırmaq və normal qan təzyiqini təmin etmək üçün lazım olan kalium, ayranda mövcuddur.
(səs: 3)
Şərhlər: 12
Baxılıb: 4 227
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri