Almalı-armudlu limonad resepti - FOTO RESEPT

Müəllif: Mr. OffiCeR
Şərhlər: 3
Baxılıb: 2 634
Səs ver:
(səs: 0)
Tərkibi:
20 q limon
20 q alma
20 q armud
10 q moruq
3 q nanə
2 x.q. şəkər tozu
600 ml su

Hazırlanması:
Limonu yuyub qabığını soyun.
Almalı-armudlu limonad resepti - FOTO RESEPT


Limon qabığının üzərinə su töküb ocağın üstə qoyun, şəkər tozu səpib qarışdıra-qarışdıra şəkər tozu əriyənədək bişirin. Ocaqdan götürün. Qapağını örtüb 30 dəqiqə dəmləyin, soyudun. Süzün.
Almalı-armudlu limonad resepti - FOTO RESEPT


Almanı yuyub dilimləyin. Fiqurlar da kəsə bilərsiniz. Armudu da eyni qaydada hazırlayın.
Almalı-armudlu limonad resepti - FOTO RESEPT


Moruğun saplaqlarını təmizləyin. Nanəni yuyub qurudun.
Almalı-armudlu limonad resepti - FOTO RESEPT


Stəkanlara alma, armud dilimləri, moruq qoyun, üzərinə limonad tökün. Buz parçaları da əlavə edə bilərsiniz. Nanə ilə bəzəyin.

Limonad alma və armudun dadını verəcək.
Almalı-armudlu limonad resepti - FOTO RESEPT

Nuş olsun!
(səs: 0)
Şərhlər: 3
Baxılıb: 2 634
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri