Tərkibi:
1 litr qaynadılmış ilıq su
1 dəstə tərxun
Yarım dəstə reyhan
3 ədəd xiyar
20-30qram sıxılmış limon suyu
300qram şəkər tozu
Hazırlanması:
1
litr ilıq suyu qazana tökün. Tərxun, reyhanı və şəkər tozunu suya əlavə
edin və qaynadın. Qaynamağa başlayanda götürməyin 2-3 dəqiqə də
gözləyin. Daha sonra onu soyumağa qoyun. O soyuyana qədərsə biz digər
işlə məşğul olaq. 2 ədəd xiyarı içini çıxaraq. Qabığ tərəfini yarım
minlimetr (noxud ölçüsündə) xırda xırda doğrayın. Ayrı bir qaba tökün və
limon suyunu üzərinə əlavə edin.
Qaynadılmış
suyun üzərinə limon və xiyar qatışığını əlavə edin. Onu şüşə yaxud
plastik bir qaba tökərək soyuducuya qoyun. 2-3 saat soyuduca yaxşıca
sərinləşəndən sonra 5-6 nəfərlik dadlı qeyri adi, vitaminli və əsl yay
içkiniz hazırdır.