Zərdəçallı limonad

Müəllif: Pure Love
Şərhlər: 4
Baxılıb: 1 885
Səs ver:
(səs: 0)
Tərkibi:
5 ədəd limon
Bir yarım su stəkanı toz şəkər
Bir neçə budaq təzə nanə
Üç parça kök zerdeçal (toz zerdeçal istifadə ediləcəksə 2 çay qaşığı qədər)

Hazırlanması:
Bir qazanda 2 su stəkanı su ilə bir yarım su stəkanı şəkəri qarışdırın, içinə zerdeçalı əlavə edin və qaynamağa buraxın.
Şərbət qaynayınca altın söndürün və 5 dəqiqəyə qədər ilıqlanmasını gözləyin.

5 limonun suyunu sıxın
Sıxdığınız limon suyunu şərbətin olduğu qazana əlavə edin və taxta bir qaşıq köməyiylə yaxşıca qarışdırın. Bu mərhələdə qarışığın dadına baxmaq istəyə bilərsiniz, əgər çox turş gəldisə qarışıq ilıqkən bir az daha şəkər əlavə edə bilərsiniz.

Böyükcə bir dolçada ya da şüşədə qarışığınızı 2 su stəkanı qədər soyuq su ilə qarışdırın, içinə bir iki budaq təzə nanə atın və limonadınızı kənara qoyun
Seçiminizə görə limonadınıza bir az daha su əlavə edə bilərsiniz.

Nuş olsun!
(səs: 0)
Şərhlər: 4
Baxılıb: 1 885
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri