Pomidor necə qurudulur? RESEPT

Müəllif: YalniZ-ArZu
Şərhlər: 5
Baxılıb: 2 769
Səs ver:
(səs: 0)
Tərkibi:
5 kq uzunsov pomidor
1 kasa iri duz (süfrə duzu üstünlük verməyin)!

Hazırlanması:
Pomidorları yuyun və təmiz dəsmal ilə silin. Dik olaraq ikiyə kəsin. Sap hissəsindəki yaşıl sahəni kəsin atın. İçindəki ətli, tumlu hissəsi olduğu kimi qoyun, qabıqlarını soymayın. Hər birinin üzərinə 1 çay qaşığı qədər duz sürün. Qabıqsız bütün sahələrin duzla örtdüyünə əmin olun.

Pomidor necə qurudulur? RESEPT


Bişirmə kağızı sərdiyiniz məcməyilərə bir-birilərinə dəyməyəcək şəkildə düzün. Evinizin bol günəşli, aydın sahələrindən birində qurutmağa alın. Üstlərinə tənzif sərərək toz və milçəklərdən qoruya bilərsiz. Mən gecələr evin içinə alıram, gecə temperatur aşağı olduğu üçün. Hava rütubətli isə də eyni vəziyyət söz mövzusu.

İlk bir neçə gün saldıqları su boşqaba axacaq, bunu süzün. Pomidorları arada çevirin. Günəşin vəziyyətinə görə 1 həftədən sonra qurumuş pomidorlar olma ehtimalı yüksəkdir.
Artıq quruyan pomidorları bior bankaya yığıb istifadə edəb bilərsiz.

Nuş olsun!
(səs: 0)
Şərhlər: 5
Baxılıb: 2 769
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri